Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail mülki insanları Qəzza zolağının şimalına qaytarmağa hazırdır

İsrail hakimiyyəti Fələstin anklavının cənub hissəsində hərbi əməliyyat keçiriləcəyi təqdirdə Qəzza zolağının şimalındakı mülki əhalinin tez bir zamanda öz evlərinə qayıtmasının mümkün hesab edir...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Telekanal bildirib ki, İsrail və Amerika siyasətçiləri hazırda kütləvi şəkildə Qəzza zolağının cənubuna qaçan mülki şəxslərin müdafiəsi məsələsini aktiv şəkildə müzakirə edirlər.

Danışıqlarla tanış olan mənbə CNN-ə deyib: “Bir çox variant arasında hərbi əməliyyatlar bitdikdən sonra mülki əhalinin şimala geri köçürülməsi də var”.

Mənbənin sözlərinə görə, ABŞ prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu səviyyəsində” telefon danışıqlarında mülki şəxslərin Qəzza zolağının şimalına mümkün qayıdışı məsələsi müzakirə olunur, hazırda konkret qərarlar qəbul edilməyib.

Qeyd edək ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail tərəfində ölənlərin sayı 1,4 min, Fələstin isə 15 mindən çox qurbanın olduğunu bildirir. Noyabrın 22-də tərəflər humanitar yardımın çatdırılmasını və girovların İsrailə təhvil verilməsi müqabilində fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsini nəzərdə tutan müvəqqəti atəşkəs haqqında razılığa gəliblər. Noyabrın 27-də atəşkəs rejimi iki gün uzadılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar