Göyərtəsində səkkiz ekipaj üzvü olan Amerika hərbi konvertoplanı “Osprey” Yaponiya sahillərində qəzaya uğrayıb...
Poliqon xəbər verir ki, bu barədə AFP Yaponiya Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
“Bu gün USS Osprey-in Yakuşima adasında qəzaya uğraması barədə məlumat aldıq”, deyə Sahil Mühafizəsinin sözçüsü bildirib. Konvertoplanın düşdüyü Yakusima adası Yaponiyanın Kyuşu adasının cənubunda yerləşir.
NHK-nın Müdafiə Nazirliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, “Osprey” ABŞ-ın Yamaquçi bölgəsindəki İvakuni bazasından Okinavadakı Kadena bazasından havaya qalxıb. “Osprey” Amerikanın Tokiodakı Yokota aviabazasına məxsus olub.
Ekopajın vəziyyəti haqqında isə məlumat verilmir.
Poliqon.info