Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qobu Park-2” yaşayış massivinin sakinləri təhlükə ilə üz-üzədirlər - Şikayət + Video

Qaradağ rayon sakinləri sahibsiz itlərin hücumuna məruz qaldıqlarını iddia ediblər.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan qəsəbə sakinləri hər gün təhlükə ilə üzləşdiklərini bildiriblər:

“Qaradağ rayonu Lökbatan qəsəbəsi “Qobu Park-2” yaşayış massivində sahibsiz itlərin hücumuna məruz qalırıq. Bir neçə dəfə itlər adamları qapıblar. Xeyli insan buna görə peyvənd də vurdurub”.

Şikayətçilər ərazidə yaşayan bir qadının itlərin toplanaraq peyvənd vurulmasını həyata keçirən aidiyyəti qurumların işinə mane olduğunu da dilə gətiriblər:

“Ərazidə bir qadın yaşayır. İtlərin ərazidən aparılmasına imkan vermir. Sosial şəbəkələrdə canlı yayım açır, video çəkir, camaatı şantaj edir ki, guya itləri öldürürlər. Ona görə oraya kimsə gəlmir, itlər də ərazidən aparılmır. İtlər nə quduzluğa görə peyvəndlənir, nə də qısırlaşdırılır. Sayı isə durmadan artır. Aidiyyəti qurumlara müraciət olunub. Lakin o qadına görə heç kim bu məsələ ilə məşğul olmur. Digər sakinlər, qadınlar, uşaqlar təhlükə altındadırlar”.

Qaradağ Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, itlərin hücumları ilə bağlı çoxsaylı şikayətlər daxil olub:

“Yazılı formada olmasa da, çoxsaylı şikayətlər daxil olub. Biz də Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinə yönəltmişik. Qeydiyyata alınıb, tədbir görüləcək”.

Lökbatan bələdiyyəsindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı şikayət daxil olmayıb:

“Belə bir məsələ ilə bağlı bizə şikayət daxil olmayıb. Əlaqə saxlayarıq, araşdırma aparılar. İti vurmaq da olmaz. İcazə yoxdur. Aidiyyəti qurumlarla əlaqə saxlayıb, məsələni bildirərik. Bu günə qədər məlumat verilməyib. Bu gündən işə başlanacaq”.

Sakinlərin redaksiyamıza göndərdikləri görüntüləri təqdim edirik:

Poliqon.info 


Etiket: İt


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Ən çox oxunanalar