Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur siyasətçi Almaniyanın xarici işlər naziri sərt tənqid edib

Tanınmış almaniyalı siyasətçisi Sara Vaqenknext Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokun “siyasətin vəzifəsi silahların susmasını təmin etmək deyil” ifadələrini kəskin şəkildə pisləyib.

“Report” xəbər verir ki, siyasətçi bu barədə feysbuk səhifəsində yazıb.

“Bəs onda siyasətin vəzifəsi nədir? Nə məsuliyyətsiz və təhrif olunmuş məntiqdir!”-deyə, o bildirib.

Bundan əlavə, Sara Vaqenknext Berbokun Avropa ölkələrinin “Rusiyaya qarşı müharibə aparması” ilə bağlı sözlərini xatırladıb və əlavə edib ki, nazir diplomatik kobud səhvləri sayəsində gözə çarpıb.

Sara Vaqenknext, həmçinin “Sol” partiyasından çıxmaq və gələcəkdə “ağıl və ədalət” tərəfdarı olacaq öz partiyasını yaratmaq niyyətini açıqlayıb. Sorğulara görə, almanların təxminən 14%-i onun gələcək partiyasını dəstəkləməyə hazırdır.

Qeyd edək ki, Rusiyaya qarşı müharibə elanı Berbok tərəfindən yanvarın 24-də AŞPA-nın iclasında səslənib. Bu bəyanata cavab olaraq Almaniya Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, Ukraynaya dəstək Almaniyanın münaqişəyə qarışması demək deyil.

Bundan əlavə “Spiegel”in köşə yazarı Kristof Şultun yazdığına görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşünü bəyanatlarına görə az qala pozacaqdı. Belə ki, əmir nazirin Almaniyanın ZDF telekanalına müsahibəsində söylədiyi fikirlərə görə çox qəzəblənib.

Görüşdən əvvəl Berbok televiziyada bildirib ki, Qətər əmiri ilə danışıqlarının əsas mövzularından biri “terrorizmi himayə etməyi dayandırmaq” tələbləri olacaq.

Poliqon.info 


Etiket: Sara Vaqenknext


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar