Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şamaxı”nın yeni baş məşqçisi: “Hədəf Premyer Liqaya qayıtmaqdır”

“Hədəfimiz I Liqada layiq olduğumuz birinci yeri tutaraq, Premyer Liqaya qayıtmaqdır”.

Bunu “Report”a açıqlamasında I Liqa təmsilçisi “Şamaxı”nın yeni baş məşqçisi Ramiz Məmmədov deyib.

55 yaşlı mütəxəssis turnir cədvəlində 4-cü yerdə qərarlaşmaları ilə razılaşmayacaqlarını bildirib: “Sırf yerli uşaqlarla çıxışımızı davam etdirəcəyik. Komandanın durumu yaxşıdır, ab-hava normaldır. Düşünürəm ki, "Şamaxı"nın turnir cədvəlində hazırda qərarlaşdığı mövqe layiq olduğu yer deyil. Daha irəli getmək, konkret çempion olmaq istəyirik”.

R.Məmmədov Azərbaycan Kubokunda mümkün qədər irəliləməyi hədəflədiklərini vurğulayıb: “I Liqa komandasının gücü hara qədər çatırsa, kubokda ora qədər mübarizə aparacağıq. Ehtiyatda olan futbolçularımız var. Az şans qazanan uşaqlara da etimad göstərəcəyik ki, təcrübə toplasınlar”.

Baş məşqçi klubun İdarə Heyətində qalacağını da sözlərinə əlavə edib.

Qeyd edək ki, “Şamaxı” I Liqada 9 turdan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb. Komanda Azərbaycan Kubokunun II təsnifat mərhələsində, noyabrın 30-da səfərdə “Zaqatala” ilə qarşılaşacaq.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar