Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stoltenberq: NATO-nun vəzifəsi Rusiya ilə münaqişənin qarşısını almaqdır...

NATO-nun əsas vəzifələrindən biri Ukraynada münaqişənin gərginləşməsinin və genişlənməsinin qarşısını almaqdır...

Poliqon xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyansın xarici işlər nazirlərinin görüşündən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

NATO-nun Ukraynaya qarşı təcavüzlə bağlı iki əsas vəzifəsi var. Biri Ukraynaya dəstək verməkdir və biz bunu müharibənin əvvəlindən edirik, bir çox NATO ölkələri hələ tammiqyaslı işğal başlamamışdan əvvəl Ukraynaya yardım göstərib. Digər əsas vəzifə münaqişənin Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır, çünki bu, daha çox əzab, ölüm və dağıntıya səbəb olacaq”, deyə Stoltenberq ukraynalı jurnalistin sualını cavablandırarkən bildirib.

Stoltenberq həmçinin bütün alyans ölkələrinin mövqeyini xatırladıb və qeyd edib ki, Ukraynanın hərbi əməliyyatlar şəraitində NATO-ya tam üzv olması mümkün deyil.

“Ancaq əlbəttə ki, Vaşinqtonda (2024-cü ilin iyulunda) sammitə hazırlıq zamanı Ukraynanı NATO-ya daha da yaxınlaşdıra biləcəyimizi düşünə bilərik. Sammitdə hansı qərarın veriləcəyi daha sonra bəlli olacaq”, deyə Stoltenberq əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar