Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış vəkil Əvəz Zeynallının məhkəməsinə məcburi gətiriləcək

Rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə araşdırması davam edir...

Poliqon "Qafqazinfo”ya istinadən məlumat verir ki, bugünkü iclasda bu iş üzrə şahid qismində tanınmış vəkil Elçin Sadıqov və "Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın məhkəmədə dindirilməsi məsələsi müzakirəyə çıxarılıb.

Ötən iclasda Elçin Sadıqov məhkəməyə ərizə göndərərək, eyni iş üzrə təqsirləndirilən şəxs qismində olduğu üçün şahid kimi ifadə vermək istəmədiyini demişdi.

Vəkil ərizəsində yazırdı ki, qanun şəxsə özünə, valideynlərinə, övladına və digər yaxınlarına qarşı ifadə verməmək hüququ tanıyır.

Əvəz Zeynallı və vəkilləri Elçin Sadıqovun məhkəmədə dindirilməməsinə o şərtlə razılaşırlar ki, onun istintaq dövründəki ifadəsi sübutlar siyahısından çıxarılsın. Müdafiə tərəfi əks halda vəkilin məhkəmədə dindirilməsində israrlı olduqlarını deyib.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyəti müdafiə tərəfi ilə razılaşıb. Elçin Sadıqov haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəməyə gəlməyən digər şahid Mehriban Məmmədovadır. Məhkəmə onun istintaqdakı ifadəsini elan etmək istəsə də, müdafiə tərəfi bununla da razılaşmayıb.

M.Məmmədova hazırda Türkiyədədir. O, ölkəyə gəldikdən sonra məhkəmədə ifadə verəcək.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

İsrail İranın hücumlarına cavabla bağlı ABŞ-la məsləhətləşəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim"

Ən çox oxunanalar