Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putindən sülh mesajı... - Rusiya və Ukrayna sülh danışıqlarına hazır görünürlər?

Rusiya Prezidenti deyib ki, heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib...

Politoloq: “Müəyyən qüvvələr Ukraynada növbəti prezident seçkilərinə hazırlaşırlar. Putin sanki onlara bir pas ötürür”.

“Çox güman ki, Rusiya belə bir açıqlama verməklə, Ukraynada bəzi siyasi dairələrə ismarıc verir”.

Bu sözləri politoloq İlqar Vəlizadə Rusiya Prezidentinin Ukrayna ilə bağlı sülh mesajını Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin deyib ki, heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib. Hərbi əməliyyatların hər zaman faciə olduğunu bildirən Putin müharibəyə son qoymaq barədə düşünməli olduqlarını vurğulayıb.

İndiki məqamda Putinin bu açıqlaması nədən xəbər verir? Rusiya bu və ya digər şəkildə Ukrayna ilə sülh danışıqlarına hazır görünürmü? Ümumiyyətlə, qalib görünmədiyi bir sülhə doğru Putinin addım atması mümkündürmü?

Putinin sülh mesajını Poliqon-un əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Sanki Putin o qüvvələrə mesaj verərək bildirdi ki, həmin dairələrlə münasibətlər qurmağa hazırdır”.

Ukraynada bir qrup qüvvələrin Zelenski dəsti-xəttinin bir nəticə vermədiyini və hərbi əməliyyatlarda fasilə verməyin, müəyyən atəşkəs haqqında razılıq əldə etməyin lazımlı olduğunu düşdüklərini bildirən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, o qüvvələrə görə, bir müddətdən sonra Ukrayna öz potensialını bərpa edə bilər:

“Çox güman ki, Rusiya belə bir açıqlama verməklə, Ukraynada bəzi siyasi dairələrə ismarıc verir. Son vaxtlar Ukrayna-Rusiya müharibəsində Ukrayna uğur qaza bilmir. Görürük ki, Ukrayna tərəfindən cəbhədə heç bir irəliləyiş yoxdur. Buna görə də, Zelenskiyə qarşı müəyyən tənqidi yanaşma var.

Eyni zamanda müəyyən qüvvələr Ukraynada növbəti prezident seçkilərinə hazırlaşırlar. Putin sanki onlara bir pas ötürür. Həmin qüvvələr düşünür ki, Ukraynada bu dəsti-xətt bir nəticə vermir və hərbi əməliyyatlarda fasilə vermək, müəyyən atəşkəs haqqında razılıq əldə etmək lazımdır. Beləliklə də, Ukrayna öz potensialını bərpa edə bilər.

Bu da müəyyən saziş, razılıqlar əsasında olmalıdır. Sanki Putin o qüvvələrə mesaj verərək bildirdi ki, o dairələrlə münasibətlər qurmağa hazırdır. Eyni zamanda Ukraynada olan həmin qüvvələri bəzi Qərb dairələri də dəstəkləyirlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Ən çox oxunanalar