Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5 il şərti cəzası olan Seymur Məmmədovu direktor qoyanlar məhkəmə qərarından xəbərsiz olublar?

Dələduzluqla bağlı haqqında məhkəmə qərarı olan Seymur Məmmədovun Sumqayıt Bulvar İdarəsində direktor işləməsi qanunlarımıza uyğundur?..

Bir neçə gün əvvəl ölkə mətbautında Sumqayıt Bulvar İdarəsinin direktoru Seymur Məmmədovun dələdzuluq maddəsi ilə 5 il şərti cəza alması ilə bağlı ilginc məlumat yayıldı. Həmin məlumatda bildirilirdi ki, Seymur Məmmədov Sumqayıt Bulvar idarəsinin direktoru vəzifəsinə təyinat almazdan bir neçə ay əvvəl Bakı Apellyasiya Məhkəməsində dələduzluq maddəsi ilə mühakimə olunub və 5 il müddətində şərti cəza alıb.

Qeyd olunur ki, Abşeron rayonu Saray Bələdiyyəsi və vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevin iddiası əsasında 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baxılan işin yekununda Seymur Məmmədov və onun qohumu, həm də ortağı kimi adı hallanan Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilərək 5 il şərti cəza alıblar.

Eyni zamanda, Seymur Məmmədovun Masazır qəsəbəsindəki “göl” adlanan ərazidə qanunsuz olaraq həyata keçirilən həyət evlərinin inşasına hamilik etdiyi də onun barəsində irəli sürülən iddiaların mühüm elementi kimi önə çıxıb.

Qeyd edək ki, məhkəmənin qəraı ilə Seymur Məmmədovun 5 il şərti cəza aldıqdan bir neçə ay sonra Sumqayıt Bulvar İdarəsinin direktoru təyin edilməsi isə qanunlara ziddir. Dələdzuluq maddəsi ilə təqsirləndirilən şəxsin cəza alması və cəzasını çəkdiyi müddətdə isə vəzifəyə təyin olunması mümkünsüz olsa da, bunun Seymur Məmmədova aidiyyatı olmayıb. Yəni Seymur Məmmədovun Sumqayıt Bulvar İdarəsinin direktoru təyin edilməsi ilə bütün qanunlar tapdalanıb.

Bəs görəsən Seymur Məmmədvu bu vəzifəyə təyin edənlərin məhkəmə qəaraından xəbərləri olmayıb? Axı onlar bu şəxsi yüksək vəzifəyə təyin edərkən onun şəxsi işini araşdırmalıyıblar? Belə bir məsuliyyətsizlik necə yaşanıb?

Mövzuya qayıdacağıq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar