Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib

Bu gün qürurla söyləyirik ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu, Ümummilli Lideri Heydər Əliyev qədirbilən xalqımızın qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Bu gün xalqımız Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi əbədi həkk olunub.

Respublika Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsidir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir.

Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur.

Heydər Əliyev İli” çərçivəsində 2023-cü il 23-24 noyabr tarixlərində Qazax Rayon İcra Hakimiyyətinin, Ərzincan Binəli Yıldırım Universitetinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Ədəbiyyat Muzeyində keçirilən Beynəlxalq Elmi Konfransa Türkiyədən, Qazaxstandan, Sibiriyadan (Tuva Türkü), Özbəkistandan, Koreyadan elm adamları qatılıb.

Noyabrın 23-də start götürən Beynəlxalq Elmi Konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov, köməkçisi Akif Əmirov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının Fəxri üzvü Hulusi Kılıc, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı, Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa, Adıyaman Üniversitesi Fen Edebiyyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü, Prof.Dr. Şehrabanı Allahverdiyeva, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova, Naxçıvan Dövlət Universitetindən Fil.ü.f.d.dos. Bağır Babayev, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin direktoru, dosent Arif Rüstəmov, filialın professor-müəllim heyəti, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar.

Konfrans iştirakçıları şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini və şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.

Daha sonra konfrans iştirakçıları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi, Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatı özündə əks etdirən Fəxri Qazaxlılar parkı ilə tanış olublar.

Konfrans iştirakçıları Ədəbiyyat Muzeyinin foyesində Ulu Öndərin Qazaxa səfərlərini özündə əks etdirən fotoşəkillərə baxış keçirib, Ümummilli Liderə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Ədəbiyyat Muzeyinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyevin Qazax rayonuna səfərlərini özündə əks etdirən “Dahi Şəxsiyyətin Qazax salnaməsi” adlı sənədli filmi nümayiş etdirilib.

Tədbirin aparıcısı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova konfransı açıq elan edərək qonaqları və iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda iştirak edən qonaqları təqdim edərək bugünkü konfransın olduqca məshuldar və böyük əhəmiyyət daşıyan bir konfrans olduğunu söyləyib. İ.Qəsəbova Erzincan Valisi Doç. Dr. Hamza Aydoğdu və Erzincan Binali Yıldırım Üniversitesi Rektörü Prof. Dr. Akın Leventin konfrans iştirakçılarına təbrik məktubunu oxuyaraq səmimi ürək sözlərini çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının Fəxri üzvü Hulusi Kılıç “Haydar Aliyev’in Türk Birliğinin oluşmasında rolü” mövzusunda, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı “Çagdaş Azerbaycan Devletçiliyinin banisi Haydar Aliyev” mövzusunda, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev “Nə zaman, nə də məkan anlayışına sığışmayan mənalı ömür” mövzusunda, Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa “Haydar Aliyev ile ilgili Türkiye de Yapılan Akademik Çalışmalara bir bakış” mövzusunda, Naxçıvan Dövlət Universitetindən Fil.ü.f.d.dos. Bağır Babayev “Təhsilimizin Milli əsaslar üzərində qurulmasında Heydər Əliyevin rolu” mövzusunda, Adıyaman Üniversitesi Fen Edebiyyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü, Prof.Dr. Şehrabanı Allahverdiyeva geniş və əhatəli çıxış ediblər.

Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu Ulu Öndər Heydər Əliyevə və Xankəndi qələbəmizə həsr etdiyi şeirlərini təqdim edərək tədbirə öz töhfəsini verib.

Sonda qonaqlara konfransda iştiraklarına görə plaket və Sertifikat təqdim olunub.

Ərzincan Binəli Yıldırım Universiteti tərəfindən konfrans iştirakçılarına hədiyyələr verilib.

Konfransda Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndərin 100 illiyinə həsr olunmuş esse müsabiqəsinin qaliblərinə də Sertifikat təqdim edilib.

Konfransdan sonra Qazaxda səfərdə olan qonaqlar “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Qoruğun direktoru Səadət Əliyeva mağara haqqında, burada aparılan qazıntı işləri, tədqiqat nümunələri barədə ətraflı məlumat verib.

Qeyd: Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın bağlanış tədbiri 24 noyabr 2023-cü il tarixdə Bakı Dövlət Universitetinin Qazax filialında olacaq.

Fotolar

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar