Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib...

"Report" xəbər verir ki, Armida Salsiya Alişahbanan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayaraq, bu münasibətlə ev sahibi və sədr qismində Azərbaycan Respublikasına təbriklərinə çatdırıb.

Dövlətimizin başçısı bildirib ki, ölkəmiz 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və Azərbaycanın bu təsisatın əksər üzv dövlətləri ilə yüksək səviyyədə siyasi münasibətləri var.

Xüsusilə nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün UNESCAP-ın vacib platforma olduğunu bildirən Prezident İlham Əliyev UNESCAP və SPECA regionları arasında gələcək əməkdaşlıq imkanlarının da mümkünlüyünə toxundu, nəqliyyat sahəsində işbirliyini xüsusilə qeyd edib.

Dövlətimizin başçısı region ölkələri ilə birlikdə, xüsusən də Orta Dəhliz, Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat dəhlizlərinin inkişaf konsepsiyası haqqında məlumat verib, nəqliyyat daşımalarının rəqəmsallaşdırılması, vahid tarif və standartların tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı ölkəmizin UNESCAP çərçivəsində Trans-Asiya dəmir yolu Sazişi şəbəkəsi, Asiya quru limanları üzrə hökumətlərarası Saziş və digər hökumətlərarası sazişlərdə iştirakı məsələsi qeyd edilib.

Görüşdə ölkəmizlə UNESCAP arasında əlaqələrin genişləndirilməsi və bu təsisatın müvafiq iclaslarının Azərbaycanda keçirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.

Poliqon-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar