Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ABŞ-ın tələblərinə baxmayaraq Qəzzadakı humanitar obyektləri vurub

Co Bayden administrasiyası həftələrdir ki, Qəzzada yardım qruplarının yerləşdiyi yerlər haqqında İsrailə məlumat versə də İsrail bu hədəflərə hücumlarını davam etdirib...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən Politico nəşri məlimat yayıb.

Nəşr yazır ki, ən azı bir ay ərzində Birləşmiş Ştatlar “Əl-Şifa” Xəstəxanası kimi bir sıra tibb müəssisələrinin GPS koordinatlarını və humanitar qrupların hərəkət marşrutlarını özündə əks etdirən məlumatları İsrailə ötürüb. Buna baxmayaraq, İsrail xəstəxanalar və ya obyektlərin yaxınlığındakı ərazilər də daxil olmaqla, yardım obyektlərində HƏMAS-a qarşı əməliyyatları davam etdirir. Bu, binaların dağıdılmasına, yanacaq və digər vacib materialların tədarükünün dayandırılmasına səbəb olub.

Politico qeyd edib ki, ABŞ-ın hücuma məruz qalmamalı olan hədəflərin siyahısını tərtib edib-etmədiyi və ya ötürülən məlumatların birdəfəlik tövsiyələr olub-olmadığı aydın deyil.

Qeyd edək ki, bu gün İsrail və HƏMAS girovların bəzilərinin qaytarılması və atəşkəs şərtləri barədə razılığa gəldiklərini açıqlayıblar. Dördgünlük atəşkəsin başladığının 24 saat ərzində elan ediləcəyi gözlənilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar