Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Platforma operatolarına və yayımçısına lisenziya verilib

Audiovizual Şuranın bu gün keçirilən iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub...

Şuradan APA-ya verilən xəbərə görə, Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunub.

Şuranın müvafiq qərarları ilə "Sweet TV Group AZ" MMC-yə (operatorun xidmət adı: "Sweet TV") və "Konnekt" QSC-yə (operatorun xidmət adı: "NNTV") universal platforma operatoru lisenziyaları, "Konnekt" QSC-yə (provayderin xidmət adı: "NNTV Kinoteatr") sifarişli yayım xidməti provayderi lisenziyası, "Şou Plus Media" MMC-yə (televiziya redaksiyasının adı: "Show Plus TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş və hazırda fəaliyyət göstərməyən "Startelecom" MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə Şuraya müraciəti müzakirə olunmuş, müvafiq qərar ilə "Startelecom" MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar