Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya Şimali Koreyanın casus peykinə görə narahatdır...

Baş nazir Şimali Koreyanın casus peyki ilə bağlı fövqəladə vəziyyətlərə hazırlaşmağı tapşırıb...

Yaponiyanın Baş naziri Fumio Kişida Şimali Koreyanın hərbi casus peyki ilə raket daşıyıcısı buraxmaq planları ilə əlaqədar fövqəladə vəziyyətlərə tam hazır olmaq barədə göstəriş verib.

Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

“Biz məlumat toplamaq və ictimaiyyətə təqdim etmək üçün tədbirlər görəcəyik, buraxılışın ləğvini tələb etmək üçün aidiyyəti ölkələrlə əməkdaşlıq edəcəyik”, deyə Yaponiyanın Baş naziri jurnalistlərə bildirib.

Kişida deyib ki, o, əlavə olaraq səlahiyyətlilərə “gözlənilməz hallar zamanı” ehtiyat tədbirləri görməklə bağlı göstəriş verib.

Baş nazir həmçinin bildirib ki, Şimali Koreyanın ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozacaq. Pxenyanın noyabrın 22-dən dekabrın 1-dək süni peyk buraxmaq planları barədə açıqlamasını şərh edən Kişida, “Məqsəd süni peyk buraxmaq olsa belə, ballistik raket texnologiyasından istifadə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması olardı”, deyib.

Sentyabrın 13-də Yaponiya Sahil Mühafizəsi bildirib ki, ilkin məlumatlara görə, Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb. Təxminən altı dəqiqə sonra Şimali Koreyanın raketinin artıq yerə düşdüyü dəqiqləşib. Daha sonra ikinci raketin buraxılması barədə məlumat yayılıb.

Noyabrın 20-də Şimali Koreya Yaponiya Sahil Mühafizəsini noyabrın 22-dən dekabrın 1-dək hərbi peyk buraxmaq planları barədə xəbərdar edib. Şimali Koreya üç dəniz zonası, Şərqi Çin dənizi və Sarı dəniz, həmçinin Filippinin Luzon adasının şərqindəki sular üçün təhlükə barədə xəbərdarlıq edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar