Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraillə HƏMAS arasında girov danışıqlarında irəliləyiş var

İsrail hakimiyyəti və HƏMAS silahlıları Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarda irəliləyiş əldə ediblər...

Poliqon xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb. Nəşr danışıqlarda vasitəçi kimi çıxış edən Qətər rəsmilərinə istinad edir.

Nəşrin mənbələrinə görə, yaraqlılar ilk mərhələdə 4-5 gün davam edən hərbi əməliyyatlara fasilə verilməsi, həmçinin 150 fələstinli uşaq və qadının İsrail həbsxanalarından azad edilməsi və onların İsrailə verilməsi müqabilində 50 qadın və uşağı azad etməyə hazırdırlar. Bunun əvəzində HƏMAS Qəzzəyə yanacaq alacaq.

Qəzet yazır ki, HƏMAS yaraqlıları İsraildə oğurlanan bütün uşaqların və onların analarının harada olduğunu bilmədiklərini iddia edirlər. HƏMAS üzvü qeyd edib ki, İsrailin hava zərbələri endirməməsi şərti ilə atəşkəsin ilk günlərində onları tapmaq lazımdır. Yaraqlılar, həmçinin daha çox girovları tapacağı təqdirdə onları azad etməyə hazırdır.

Qeyd edək ki, noyabrın 18-də “The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, İsrail və HƏMAS ABŞ vasitəçiliyi ilə qadın və uşaqların azadlığa buraxılması üçün münaqişənin beş gün müddətinə dayandırılması barədə ilkin razılığa gəliblər. Bununla belə, Ağ Ev sözçüsü belə bir razılığın əldə olunmadığını bildirib.

İsrailə görə, HƏMAS 240-250 nəfəri girov saxlaya bilər. Onların əksəriyyəti İsrail vətəndaşları, 35-ə yaxını əcnəbidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar