Türkiyənin dövlət neft şirkəti (TPAO) Qara dənizdə hasil edilən qazın emalı üçün Braziliyadan nəhəng platforma gəmisi alıb və bu gəmi 2025-ci ilin iyununda ölkəyə təhvil veriləcək...
Poliqon xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
"TPAO dənizin ortasında qaz emal etmək üçün Braziliyadan 4 futbol meydançası böyüklüyündə platforma gəmisi alıb. Sinqapurda yerləşən gəmi 2025-ci ilin iyununda Türkiyəyə təhvil veriləcək", deyə nəşr qeyd edir.
Qəzetin yazdığına görə, platforma Türkiyə tərəfinin təbii qaz hasilatındakı ehtiyaclarına uyğun olaraq modifikasiya olunmaq üçün Sinqapura göndərilib. "Sabah" aydınlaşdırır ki, üzən platformanın köməyi ilə Qara dənizin dərinliklərindən gələn xam qaz dənizin mərkəzində emal edilərək yeni boru kəmərləri vasitəsilə quruya nəql olunacaq.
"Birinci mərhələdə 10 milyon kubmetr hasil edildikdən sonra bu platformadan hasilat ikinci mərhələdə 20 milyon kubmetrə qədər artacaq", deyə "Sabah" yazır.
Türkiyə həmçinin platformanı texniki personal üçün müxtəlif yaşayış yerləri ilə təchiz etməyi planlaşdırır. Platformanın istismarı müddətində xaricdən ixtisaslaşmış qruplar gətiriləcək. Norveçli mütəxəssislərin türkiyəli mütəxəssislər üçün təlim keçəcəyi bildirilir.
"Sıfırdan oxşar platformanın tikintisi təxminən 5 il tələb edir və modernləşdirilmiş platformanın dəyəri yeni platformadan təxminən 60% daha sərfəlidir. Buna görə də, lazımi hesablamaları aparan səlahiyyətlilər, istifadə edilmiş oxşar platformanı almaq və dəyişdirmək qərarına gəliblər", deyə "Sabah" qəzeti qeyd edib.
Poliqon.info