Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NİİM sürücülərə müraciət edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib...

"Report" xəbərinə görə, müraciətdə bildirilir ki, bəzi hallarda sürücülərin manevretmə qaydalarına düzgün əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Növbəti belə hadisə ötən gün səhər saatlarında Heydər Əliyev prospektində baş verib.

"Təəssüflər olsun ki, yol hərəkəti qaydalarına əməl etməmək maddi zərərlə, ölüm və xəsarətlə nəticələnən qəzaların olmasını qaçılmaz edir. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsində sürücülərin yollarda necə manevr etməsi ilə bağlı qaydalar öz əksini tapıb. Belə ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

Bununla yanaşı, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda qaydalara əməl etməyə və diqqətli olmağa çağırır", - müraciətdə vurğulanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar