Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Avropa Birliyi Cənubi Qafqazda hakim mövqeyə sahib olur? - Şərh

Belə görünür ki, ABŞ və kollektiv Qərb özünü artıq Ermənistanın və Cənubi Qafqazın sahibi kimi aparır...

Tofiq Abbasov: “Cənubi Qafqazın sahibləri ABŞ və Qərb deyillər. Ermənistan ümumiyyətlə, heç bir sahiblik hüququna malik deyil”.

Fazil Mustafa: “Əslində ABŞ-ın bu mövqeyi Azərbaycanın da maraqlarına uyğundur. Biz də bunu söyləyirdik ki, Zəngəzur dəhlizi birbaşa Ermənistan ərazisindən keçməlidir”.

ABŞ Konqresindəki dinləmələr zamanı ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də ortaya çıxıb. Bu mövqeyə görə Azərbaycan İran ərazisindən Naxçıvana heç bir dəhliz yarada bilməz və nəqliyyat dəhlizləri İrəvanın uyğun gördüyü şərtlər əsasında Ermənistan ərazisindən keçməlidir. Digər tərəfdən isə bəzi məlumatlara görə ABŞ Ermənistana təhlükəsizlik təminatı verib və bu təminat daha çox Paşinyan hakimiyyətini Rusiyadan qorumağa yönəlib. Yəni belə görünür ki, faktiki olaraq ABŞ və kollektiv Qərb özünü artıq Ermənistanın və Cənubi Qafqazın sahibi kimi aparır.

Doğrudanmı, Paşinyan hakimiyyətinə təminat verən ABŞAvropa Birliyi Cənubi Qafqazda hakim mövqeyə sahib olur? Cənubi Qafqaz uğrunda gedən geosiyasi savaşın ən aktiv fazasını yaşadığımız indiki dönəmdə, Rusiya-ABŞ qarşıdurmasının təsirləri Ermənistanda və ümumilikdə, Cənubi Qafqazda hansı prosesləri tətikləyə bilər?

Cənubi Qafqaz uğrunda gedən geosiyasi savaşı Poliqon-un əməkdaşı politoloq Tofiq Abbasov və millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Tofiq Abbasov: “Artıq Cənubi Qafqazın kifayət qədər potensialı var ki, həm özünü müdafiə etsin, həmdəki kənar qüvvələri buradan uzaq saxlasın”.

Bu proseslərin hamısının mahiyyətində Azərbaycanın qətiyyəti, özünə güvənməsi, proseslərə düzgün yanaşmasının durduğunu vurğulayan politoloq bildirib ki, bu da xarici qüvvələri, xüsusilə Qərb qüvvələrini çox narahat edir:

“İndiki məqamda Ermənistanın subyektliyi çox şübhələr doğurur. Əslində Ermənistan artıq beynəlxalq siyasətin obyektinə çevrilən ərazidir. Ermənistanın rəhbərliyi demək olar ki, acizdir. Özünü yazıqlığa vurur ki, ona diqqət yetirsinlər, kömək etsinlər. Həmçinin onun xarici siyasət aparmaq kursunu artıq başqaları mənimsəyir. Burada söhbət ABŞ və Qərbdən gedir. Onlar Azərbaycana qarşı qüvvələrini birləşdirirlər ki, bizi küncə sıxsınlar.

Cənubi Qafqazın sahibləri ABŞ və Qərb deyillər. Ermənistan ümumiyyətlə, heç bir sahiblik hüququna malik deyil. Digər tərəfdən də əgər Ermənistan öz səlahiyyətlərini kimlərəsə həvalə edirsə, onlar da Cənubi Qafqaza sahib ola bilməzlər. Çünki burada dövlətlər var və bu yaxınlarda Tehranda keçirilən 3+3 formatında xarici işlər nazirlərinin görüşü bir daha göstərdi ki, əsas dövlətlər dörddür. Bunlar da Azərbaycan, İran, Rusiya və Türkiyədir. Bu dördlük öz sözünü dedi ki, kənar qüvvələrin bölgəyə gəlməsi lüzumsuzdur, buna heç cəhd də etməsinlər, lazım gələrsə, onlara qarşı lazımi tədbirlər görüləcək.

Azərbaycana qarşı bu şəkildə gəlmələrin əsas səbəbi odur ki, onlar bizim mütləq qələbəmizi həzm edə bilmədilər. Bəhanə kimi də 19-20 sentyabr hadisələrini gətirdilər ki, guya Azərbaycan hər hansısa müstəvidə qeyri-qanuni işlər görüb. Amma Azərbaycan qeyri-qanuni heç bir iş görmədi. Ölkəmizin ərazisindən 10 minə yaxın xarici ölkələrin silahlı diversantları, terrorçuları və quldur dəstələri var idi. Əvvəl-axır da Azərbaycan onların müqəddəratını həll etməli idi və biz onu etdik. Azərbaycan Qarabağdan heç kəsi qovmayıb və buna sübutlar, dəlillər də var.

Tofiq Abbasov: “Bəli, Cənubi Qafqaz proseslərində aktiv faza var. Çünki ABŞ və Qərb düşünür ki, Rusiyanın başı Ukraynaya qarışdığından demək olar, artıq Qafqazda yoxdur”.

Bu proseslərin hamısının mahiyyətində Azərbaycanın qətiyyəti, özünə güvənməsi, proseslərə düzgün yanaşmasıdır ki, bu da xarici qüvvələri, xüsusilə Qərb qüvvələrini çox narahat edir. Azərbaycan onlara görə siyasətini dəyişməyəcək. Azərbaycan heç bir qeyri-qanuni işlər görməyib və buna görə də heç kəsin qarşısında məyus olmalı deyilik.

Bəli, Cənubi Qafqaz proseslərində aktiv faza var. Çünki ABŞ və Qərb düşünür ki, Rusiyanın başı Ukraynaya qarışdığından demək olar, artıq Qafqazda yoxdur. Mən Rusiyanın Qafqazda olub-olmamasını yaxşı-pis hesab etmirəm. Hesab edirəm ki, məsələ nə olur-olsun Rusiya Cənubi Qafqazda olacaq. Məsələ onda deyil ki, Rusiyanın Ermənistanda 102-ci bazası, sərhədçiləri var, Azərbaycanda sülhməramlı kontingenti var. Məsələ ondadır ki, bu bölgəyə Rusiyanın, İranın, Türkiyənin də çıxışı var. Ermənistanla, Gürcüstanın necə hərəkət edəcəklərini özləri bilərlər. Gürcüstan da hərdən bir yolunu azmış kimi görünür.

Hər bir halda Azərbaycan ilk üçlükdə bölgənin lideridir və o biri qalan daha üçlük də Azərbaycanın mövqeyi ilə həm hesablaşır, həm də nəzərə alır. Burada əsas məsələlər bundan ibarətdir. Hesab edirəm ki, artıq Cənubi Qafqazın kifayət qədər potensialı var ki, həm özünü müdafiə etsin, həmdəki kənar qüvvələri buradan uzaq saxlasın”.

Fazil Mustafa: “Bundan sonra ABŞ-ın siyasətinin nə dərəcədə səmimi olacağını, ABŞ-ın nə dərəcədə Ermənistana təzyiq göstərəcəyini görəcəyik. Əgər ABŞ “Zəngəzur dəhlizi”nin açılması üçün əlverişli şərtləri nəzərdə tutacaqsa, bu zaman Azərbaycan bu addımı atmağa hazır olacaq”.

Azərbaycanın əsas hədəfinin Naxçıvana “Zəngəzur dəhlizi”nin açılması olduğunu nəzərə çatdıran millət vəkili Poliqon-a açıqlamasında bu yolun Ermənistan ərazisindən açılmasının daha yaxşı variant olduğunu qeyd edib:

“Əslində ABŞ-ın bu mövqe Azərbaycanın da maraqlarımıza uyğundur. Biz də bunu söyləyirdik ki, “Zəngəzur dəhlizi” birbaşa Ermənistan ərazisindən keçməlidir. ABŞ bu ideyanı dəstəkləyirlərsə, faktiki olaraq Paşinyanın da bunu dəstəkləməsi qaçınılmaz olacaq. Çünki bunun başqa yolu, alternativ də yoxdur. İndiki şərtlərdə ABŞ-ın bu məsələ ətrafında bütövlükdə Ermənistanı təşviq etməsi müsbət bir haldır.

Bu məsələdə Ermənistanın konstruktiv yanaşması olmadığına görə Azərbaycan bir nəticəyə vara bilmir. Amma bu yolun İran üzərindən keçməsinə Azərbaycan alternativ variant kimi baxır. Yəni Ermənistan olmasa belə, bütün hallarda bizim yolumuz açılacaq.

Fazil Mustafa: “Vaxtında Ermənistan tərəfindən “Zəngəzur dəhlizi” ilə bağlı aydın cavab gəlsəydi bunu həll etmək olardı”.

Amma “Zəngəzur dəhlizi”nin Ermənistan ərazisində keçməsi də istisna deyil. Hələ ki, Ermənistanın bu məsələ ilə bağlı hansısa bir xoş məramı olmadığına görə, prosesin bir az ləngiyəyəcəyini nəzərə alaraq biz yolun İran üzərindən açılmasına üstünlük vermişik. Bu həm də bizim bir az məcburiyyətimizdir. Vaxtında Ermənistan tərəfindən “Zəngəzur dəhlizi” ilə bağlı aydın cavab gəlsəydi bunu həll etmək olardı.

Bundan sonra ABŞ-ın siyasətinin nə dərəcədə səmimi olacağını, ABŞ-ın nə dərəcədə Ermənistana təzyiq göstərəcəyini görəcəyik. Əgər ABŞ “Zəngəzur dəhlizi”nin açılması üçün əlverişli şərtləri nəzərdə tutacaqsa, bu zaman Azərbaycan bu addımı atmağa hazır olacaq. Çünki Azərbaycanın əsas hədəfi Naxçıvana “Zəngəzur dəhlizi”nin açılmasıdır. Yaxşı olar ki, bu yol Ermənistan ərazisindən açılsın və biz daha rahatlıqla, daha yaxın məsafədən Naxçıvanla əlaqəmiz qura bilək. Eyni zamanda tranzit yolunu işə sala bilək”.

Nərminə UMUDLU
Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb - Video

Ən çox oxunanalar