Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev: ABŞ Tayvanı silahla təmin etməyə davam edəcək

ABŞ hökuməti Tayvanın müstəqilliyinə qarşıdır, lakin gələcəkdə adaya silah verməkdən imtina etməyəcək...

Poliqon xəbər verir ki, bunu Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi qeyd edib ki, son danışıqlar zamanı Amerika prezidenti Co Bayden Çin prezidenti Si Tsinpini Tayvan boğazında münaqişədən qaçmaq istəyinə əmin edib. Bayden həmkarını əmin etməyə çalışıb ki, Vaşinqton regionda sülhün və sabitliyin qorunmasına çalışır.

Eyni zamanda, Kirbi Amerika rəhbərliyinin “vahid Çin siyasəti”nə sadiqliyinə diqqət çəkib. Bu baxımdan ABŞ hakimiyyəti Tayvanın suveren dövlət statusu alacağı hadisələrin inkişafını dəstəkləmir.

“Lakin Tayvan Münasibətləri Aktı”na uyğun olaraq, biz Tayvana müdafiə imkanları verməyə davam edəcəyik” deyə Ağ Evin təmsilçisi əlavə edib.

Qeyd edək ki, noyabrın 15-də Co Bayden və Si Tsinpin arasında danışıqlar Amerikanın San Mateo qəsəbəsində baş tutub və əsas müzakirə mövzularından biri Tayvan boğazındakı gərgin vəziyyət olub. Xüsusilə də görüş zamanı Çin lideri amerikalı həmkarını Tayvanı müxtəlif hərbi texnika ilə təmin etməkdən imtina etməyə çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ən çox oxunanalar