Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saqqızın faydaları və zərərləri

Rusiyalı qastroenteroloq Natalya Belova saqqızın sağlamlığımıza ziyan və xeyrindən danışıb, sağlamlığa zərər vermədən saqqızı necə düzgün çeynəməyi izah edib...

Həkim saqqız çeynəməyin özlüyündə orqanizm üçün zərərli olmadığını, lakin bir neçə nüansı nəzərə almaq lazım olduğunu bildirib.

“Saqqız çeynənilməsi nəzarət altında olmalıdır. Çünki davamlı və intensiv çeynəmə çənə-temporal oynaqların həddən artıq dartılmasına, üz və başda ağrılara səbəb ola bilər. Bundan əlavə, şəkərli saqqızın həddindən artıq istehlakı kariyes və digər diş problemlərinə yol açır”, - qastroenteroloq vurğulayıb.

Belova kariyes inkişaf riskini minimuma endirmək üçün şəkərsiz saqqız seçməyi məsləhət görüb.

“Saqqızı 20-30 dəqiqədən çox olmayaraq çeynəmək, daha sonra isə çənə oynaqlarının və əzələlərin rahatlaşması üçün təxminən bir saat fasilə vermək lazımdır. Ümumiyyətlə, əgər müntəzəm saqqız çeynəmirsinizsə, çənənizə əlavə gərginlik vermirsinizsə, şaqqısın sizin üçün, demək olar ki, təhlükəsi yoxdur”, - deyə həkim əlavə edib.
Qastroenteroloq saqqız çeynəməyin faydalarının olduğunu qeyd edib.

“Çeynəmə hərəkəti tüpürcək istehsalını stimullaşdırmağa kömək edir ki, bu da diş ətinizi və dişlərinizi bakteriya və turşu hücumlarından təbii şəkildə qorumağa kömək edir. Bundan əlavə, saqqız çeynəmək stress və narahatlıq səviyyələrini azaltmağa, həmçinin yaddaşı və konsentrasiyanı yaxşılaşdırmağa kömək edə bilər. Lakin saqqız seçimində diqqətli olmalı və ağız sağlamlığını qorumaq üçün müntəzəm şəkildə diş həkiminə baş çəkilməlidir”, - ekspert xəbərdarlıq edib.(oxu.az)

Poliqon.info


Etiket: saqqız


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar