Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisi Bakıda İsveç yığmasını darmadağın edib - Yenilənib

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib...

"Report" xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov və 6-cı dəqiqədə Renat Dadaşov vurub.

57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.

F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib - 2:0.

Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

***

Azərbaycan millisi Bakıda İsveç yığmasına qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyununda fərqi daha da artırıb.

"Report" xəbər verir ki, Emin Mahmudov 89-cu dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Yarımmüdafiəçi uzaq məsafədən baxımlı qola imza ataraq hesabı 3:0 edib.

***

"Report" xəbər verir ki, yığmamız 2:0 hesabı ilə öndədir.

Komandanın qollarını 3-cü dəqiqədə Emin Mahmudov, 6-cı dəqiqədə Renat Dadaşov vurublar.

***

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız ikinci qolu rəqib qapısından keçirib - 2:0.

6-cı dəqiqədə Renat Dadaşov qonaqları məyus edib.

***
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız 3-cü dəqiqədə rəqibi məyus edib.

Kapitan Emin Mahmudov Renat Dadaşovun ötürməsindən sonra adını tabloya yazdırıb.

***
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələ oyunu başlayıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürüb.

Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

F qrupunda yer alan hər iki kollektiv final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.

Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya səfərdə Estoniya ilə üz-üzə gəlir.

***

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Məlumata görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İsveçlə üz-üzə gələcək.

Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. F qrupunda yer alan hər iki kollektiv final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.

Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya Estoniyanın qonağı olacaq. Həmin oyun da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

AVRO-2024, seçmə mərhələ

21:00. Azərbaycan - İsveç

Baş hakim: Ester Ştaubli (İsveçrə).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçını noyabrın 19-da səfərdə Belçikaya qarşı keçirəcək.

Poliqon.info


Etiket: AVRO-2024


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar