Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq prezidenti Azərbaycan səfirini qəbul edib

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının bu ölkədəki səfiri Nəsir Məmmədovu qəbul edib...

Məlumatı Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov özünün “X” hesabında paylaşıb.

Diplomatımız qeyd edib ki, söhbət zamanı Əbdüllətif Camal Rəşid cari il martın 1-3-də Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşü xoş təəssüratla xatırlayıb.

Əbdüllətif Camal Rəşid İraq ilə Azərbaycan arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnun olduğunu bildirib. Nəzərə çatdırıb ki, iki dost dövlətin müxtəlif sahələr üzrə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirmək zəruridir.

İraq prezidenti siyasi, iqtisadi-ticari, enerji, mədəniyyət, turizm və təhsil sahələrində daha səmərəli əməkdaşlıq üçün hər iki tərəfin böyük potensialının olduğunu qeyd edib, rəsmi şəxslərin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Nəsir Məmmədov faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Azərbaycanİraq xalqlarının mənafeyinə uyğun olduğunu bildirib.

Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Polion.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar