Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elm və Təhsil Nazirliyi deputatın oğlunu məhkəməyə verdi

Elm və Təhsil Nazirliyi Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun oğlu Urxan Seyidov barəsində məhkəmə iddiası qaldırıb...

Poliqon Ekonominfo.az-a istinadla xəbər verir ki, məhkəmə Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın icraatına verilib.

Məhkəmə iddiasının müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.Qeyd edək ki, Urxan Seyidov 2008-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 40 manat olan “Snur” MMC-nin (VÖEN - 1301634391) qanuni təmsilçisidir.

Avropanın aparıcı şirkətlərindən olan “Garlando”nun rəsmi veb saytında qeyd olunur ki, şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi “Snur” MMC-dir.
“Garlando” şirkəti isə stolüstü oyunlar (bilyard, futbol, tennis və s.) üçün avadanlıqlar istehsal edən Avropanın və eləcə də dünyanın aparıcı şirkətlərindən biridir.

Bu şirkətin Ermənstandakı rəsmi tərəfdaşı Ermənistan Stolüstü Futbol Federasiyasıdır. “Garlando” şirkətiylə bağlı maraqlı məqamlardan biri də odur ki, bu şirkət Ermənistanın “Artsakh” (Xankədidəki keçmiş seperatçı rejimin adı – red) adlı klubunun baş sponsorudur. Ötən ilin noyabr ayında “Artsakh” klubu “Garlando” şirkətinin dəstəyi ilə Beynəlxalq Stolüstü Futbol Federasiyasının keçirdiyi Avropa Çempionlar Liqasında iştirak edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar