Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ukraynada artıq məğlubiyyətə uğrayıb və utancdan qaçmağa çalışır...

Hudson İnstitutunun Tədqiqat direktoru və Bard Kollecinin professoru Uolter Mead bildirib ki, Birləşmiş Ştatlar Ukraynada artıq məğlubiyyətə uğrayıb...

Poliqon xəbər verir ki, alim bu barədə Fiqaro qəzetinə müsahibəsində danışıb. Uolter Meada görə, Vaşinqton utancdan qaçmaq və sülh sazişini imzalamaq “səlahiyyətini” prezident Volodimir Zelenskiyə vermək istəyir.

Uolter Meadin sözlərinə görə, ABŞ prezidenti Co Baydenin strategiyası Zelenski Rusiya ilə danışıqların və ərazilərin verilməsinin vaxtının gəldiyi qənaətinə gələnə qədər Kiyevə yardım göstərməyə davam etmək olacaq. Hadisələrin bu cür inkişafı Amerika administrasiyasına Ukraynanın bütün qərarları özü verdiyini bəyan etməklə vicdanını sakitləşdirməyə imkan verəcək.

Ekspert əmin olduğunu bildirib ki, Vaşinqton Ukraynada artıq iki dəfə məğlubiyyət alıb. Uolter Mead Rusiyanın Ukraynada müharibəyə başlamasını ABŞ-ın ilk məğlubiyyəti adlandırıb. Alim ikinci uğursuzluğu Ukraynanın pis planlaşdırılan əks-hücum əməliyyatı hesab edir.

Uolter Mead Kiyevin vəziyyətini “dalana dirənmək” adlandırıb və ABŞ-ın Ukraynada qələbəsi üçün heç bir perspektiv görmədiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib

Ən çox oxunanalar