Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serj Sarkisyanın kürəkəni çirkli pulların yuyulmasında ittiham olunur

Noyabrın 1-də Ermənistan prokurorluğu İsveçrə və Ermənistan vətəndaşı K.V.-ya qarşı çirkli pulların yuyulması maddəsi ilə cinayət işi açıb...

Poliqon xəbər verir ki, prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, K.V. Kiprdə qeydiyyatdan keçmiş şirkətin real benefisiarı olmaqla 2018-ci il iyulun 23-də onun vasitəsilə Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 12,5 faizini alıb.

"Sputnik Ermənistan"ın əldə etdiyi məlumata görə, K.V. Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, "Vətən" partiyasının sədri Artur Vanetsyanın əmisi oğlu Karen Vanetsyandır.

Əvvəllər bu səhmlər Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyana (prokurorluğun hesabatında o, 2013-18-ci illərdə Ermənistanın Vatikanda səfiri vəzifəsində çalışmış M.M. kimi göstərilir) məxsus olub. Formal olaraq bu səhmlər "Zəngəzur Mining" şirkətinin adına rəsmiləşdirilib.

Zəngəzur zavodu Minasyanın şirkətinin adına və açıq-aşkar əlverişsiz şərtlərlə kredit verib. Bu sövdələşmə nəticəsində Minasyanın şirkəti zavodun göstərilən 12,5% səhmlərini əldə edərək xüsusilə böyük miqdarda gəlir əldə edib.

2018-ci ildə Minasyan Vanetsyanla bu səhmlərin ona sərfəli şərtlərlə verilməsi barədə razılığa gəlib. Vanetsyan 1 milyard dram və 13 milyon dollar (yəni hazırkı məzənnə ilə cəmi təxminən 15,5 milyon dollar) qarşılığında, Kiprdə göstərilən ofşor şirkəti vasitəsilə prokurorluğun real dəyərini 14 milyard 526 milyon 300 min dram, yəni 35 milyon dollar olaraq qiymətləndirdiyi 12,5% pay əldə edib.

Araşdırma zamanı K.V-nin harada olduğunu öyrənmək mümkün olmayıb. Prokurorluq onun həbsi üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə vəsatət təqdim edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar