Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nuriyyə Hüseynova: "Baləli muğam oxumayıb ki, onu tənqid edək..."

Nuriyyə Hüseynova Baləlinin oxumasına münasibət bildirdi...

Meyxana ifaçısı Baləli Xəzər TV-də yayımlanan “Xəzər axşamı verilişində muğam ifa etdiyi üçün tənqid olunur. Bildirilir ki, meyxana muğamdan tamamilə fərqlənir, muğamın öz ustadları var. Muğam ifaçılarının bəziləri sosial şəbəkələrdə Baləlinin ifasına narazılıqlarını bildirsələr də, pərəstişkarları meyxanaçının muğam oxumasını müsbət qarşılayıblar.

Tanınmış muğam ifaçısı, Əməkdar artist Nuriyyə Hüseynova isə Pravda.az-a açıqlamasında deyib ki, Baləlinin oxuduğu muğam deyil.

"Baləli barədə məlumatım yoxdur. Tanımadığım şəxs haqqında heç vaxt fikir bildirmirəm. Lakin meyxanaçının sözügedən ifasını dinlədim. O, muğam oxumur. Sadəcə, “Bayatı-Şiraz” muğamı, yəni lad üzərində avazla qəzəl deyir. Xaric oxumur. Yəni Baləli muğam oxumayıb ki, onu tənqid edək. Meyxanaçının səsləndirdiyi qəzəlin müəllifinin kim olduğunu da bilmirəm. Muğam başqa ağır sahədir, çətin sənətdir, tam fərqlidir. Azərbaycan xalq musiqisində 7 əsas muğamımız var. 7 məqam 7 lad deməkdir. Muğam bəşəri musiqidir. Meyxanaçılar meyxananı, yazdıqları qafiyələri hansısa ladın üstündə oxuyurlar. Ya “Bayatı-Şiraz”, ya “Seygah”. Muğam ladında hansısa qəzəli, şeiri avazla səsləndirmək hələ muğam oxumaq demək deyil. Ümumiyyətlə, meyxana janrını çox dinləmirəm. Təsadüfən televizoru açanda qarşıma çıxır", - N.Hüseynova bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

Azərbaycan və Tacikistan arasında elmi və tədqiqat əlaqələri yaradılacaq

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

BMT-nin baş katibi BRICS sammitində iştirak edəcək

Ən çox oxunanalar