Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Sabah Başkənd Azərbaycan üçün böyük baş ağrısına çevrilə bilər... 

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan jurnalistlərə bildirib ki, Azərbaycanla Ermənistan arasında anklavlar məsələsi müzakirə olunur...

Siyasi-şərhçi: “Azərbaycan tərəfindən ələ keçirilmiş Ermənistanın anklav ərazisi Başkənd kəndidir”.

“Bu məsələ ətrafında çox ciddi düşünmək lazımdır. Bütün müsbət və mənfi çıxarları hesablamaq lazımdır”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Azərbaycanda erməni “anklavı”nın olması məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan jurnalistlərə bildirib ki, Azərbaycanla Ermənistan arasında anklavlar məsələsi müzakirə olunur. Erməni rəsmi vurğulayıb ki, Azərbaycanda erməni “anklavı” da var və onlar demək olar ki, eyni sahədə ərazini əldə edəcəklər. Eyni fikirləri dəfələrlə Ermənitan prezidenti Nikol Paşinyan da bildirib.

Bəs, Ermənistanın bu iddaları nə qədər doğrudur və söhbət hansı anklavlardan gedir?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Kərkinin, Qazaxın kəndlərinin bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilmirəm. Amma onu dəqiq bilirəm ki, Başkənd Azərbaycan üçün strateji əhəmiyyətli kənddir”.

Əgər Azərbaycanın öz kəndlərini qaytararaq Başkənd kəndini verməmək imkanına malik olardısa, bunun ideal variant olduğunu qeyd edən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, ermənilər bu məsələni qabartmaqla dediyim kimi ilk növbədə həmin Başkəndi qaytarmağa çalışırlar:

“Sovet dövründən Azərbaycanın Ermənistan ərazisində olmuş və sonradan Ermənistan tərəfindən işğal olunmuş, eyni zamanda da qarşılıqlı olaraq Azərbaycan tərəfindən götürülmüş Ermənistan kəndləri var. Bu ilk növbədə Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndidir ki, hazırda Ermənistanın nəzarətindədir. Azərbaycan tərəfindən ələ keçirilmiş kənd isə Başkənd kəndidir. Bu Şınıx bölgəsində olan 17 kəndin yolunun keçdiyi Başkənddir. Yəni, Başkənd Azərbaycan üçün böyük strateji əhəmiyyətli kənddir. Yəqin ki, ermənilər bunu bildikləri üçün Başkəndi geri almağa çalışırlar.

Düşünürəm ki, Azərbaycan çox çevik manevr həyata keçirməlidir. Mən Kərkinin, Qazaxın kəndlərinin bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilmirəm. Amma onu dəqiq bilirəm ki, Başkənd strateji əhəmiyyətli kənddir. Yəni, sabah Başkənd Azərbaycan üçün böyük baş ağrısına çevrilə bilər. Başkənd elə bir nöqtədir ki, oradan Azərbaycanın böyük bir ərazisini atəş nəzarətində saxlamaq olar.

Bu səbəbdən düşünürəm ki, bu məsələləri çox diqqətli təhlil etmək lazımdır ki, bizə həqiqətənmi belə bir mübadilə lazımdır, ya yox. Əgər Azərbaycan öz kəndlərini qaytararaq Başkəndi verməmək imkanına malikdirsə, bu ideal variantdır. Amma ermənilər bu məsələni qabartmaqla dediyim kimi ilk növbədə həmin Başkəndi qaytarmağa çalışırlar.

Bir daha qeyd edim ki, bu məsələ ətrafında çox ciddi düşünmək lazımdır. Bütün müsbət və mənfi çıxarları hesablamaq lazımdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Natiq Miri: Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir...

Ən çox oxunanalar