Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DGK-nın sədri: “Tarif dərəcələrində artımlar baş vermir”

“Dövlət Gömrük Komitəsinin (DGK) tarif dərəcələrində artımlar baş vermir”...

Qafqazinfo” xəbər verir ki, bu fikirləri DGK-nın sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əksinə, ölkədə aparılan iqtisadi siyasət ondan ibarətdir ki, tarif dərəcələrində azaldılma tendensiyası baş verir:
“Bu da istehsal sahələrində əlavə dəyərin yaradılması və xidmət sahələrinə dəstək göstərmək üçün həyata keçirilir. Bu konteksdə gömrük orqanlarında növbəti il üçün 5 milyard 900 milyon manatlıq büdcə daxilolmalarını təmin etməyə çalışılacaq. Bu hesablamalar idxal həcmlərindən asılı olaraq baş verir. Eyni zamanda gömrük dəyərinin müəyyən edilməsi məsələlərində də üzərimizə mühüm işlər düşür.

Bu baxımdan idxal həcmlərini nəzərə almaqla, büdcə daxilolmalarının təmin edilməsindən ötrü gömrük dəyərləndirilməsinin düzgün həyata keçirilməsi baş verməlidir. Hazırda Azərbaycanda gömrük xidmətində gömrük dəyərləndirməsi Ümumdünya Ticarət Təşkilatının normalarına uyğun olaraq metodika əsasında müəyyən edilib və bu sistem əsasında düzgün idarəetmə və ölkəmizə daxil olan yüklərin düzgün dəyərinin müəyyən edilməsi nəticəsində daxilolmaların təmin olunması üçün zəruri işləri görəcəyik. Növbəti ildə fəaliyyətimiz nəticəsində büdcə daxilolmaları təmin ediləcək”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar