Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada istirahət mərkəzinin rəhbərliyi süni gölü hasara aldı - Şikayət + Video

Quba rayonunun İkinci Nügədi kəndi ərazisində yerləşən Çənlibel gölünün ətrafı hasarlanıb.

Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Ərazidən video paylaşan vətəndaş bildirib ki, bu süni gölün ətrafı 3 il əvvələ qədər açıq olub:

“Çox gözəl mənzərəsi olan yerdir. Düz meşənin içində yerləşir. Bura rahat gəlib piknik edirdik. İndi isə istirahət mərkəzinin təhlükəsizlik xidmətinin əməkdaşları buranı bağlayıblar. İnsanlara icazə verilmir ki, bura gəlib istirahət etsinlər. Əvvəllər belə deyildi. Hər kəs sərbəst şəkildə dincəlirdi. Mənə elə gəlir ki, bu, qanunsuzdur. Heç vaxt buna icazə verilə bilməz”.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən İkinci Nügədi kəndinin bələdiyyə sədri Alim Mütəllimov bildirib ki, Çənlibel gölünün ərazisi istirahət mərkəzinin rəhbərliyi tərəfindən icarəyə götürülüb:

“Düzdür, əvvəllər ora dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdı. Hazırda isə bu istirahət mərkəzi ərazini icarəyə alıb və bununla əlaqədar yanlarını hasarlayıb. Buna səbəb əraziyə kənar şəxslərin daxil olmaması və göldə batma hallarının qarşısının alınmasıdır. Çünki bir neçə il əvvəl yay aylarında buradan çimərlik adı ilə istifadə edən üç nəfər təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün batıb. Artıq təxminən 4-5 ildir ki, gölün ətrafı hasarlanıb”.

Poliqon.info 


Etiket: Hasar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar