Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzza zolağının səhiyyə sistemi tamamilə çöküb

Qəzza zolağının səhiyyə sistemi tamamilə dağılıb və kəskin çatışmamazlıqlar var...

Poliqon xəbər verir ki, bunu "RİA Novosti"yə Fələstinin səhiyyə naziri Mai əl-Keyla deyib.

"Səhiyyə sistemi tamamilə dağılıb, Qəzza zolağında xərçəng, şəkərli diabet və böyrək çatışmazlığı üçün dərmanlar tükənib və tibbi ləvazimatların kəskin çatışmazlığı var", deyə əl-Keyla bildirib.

O, Qəzzanın əsas tibb müəssisələrinin fəaliyyətini bərpa etmək üçün təcili yanacaq tədarükünə ehtiyac olduğunu vurğulayıb: "Alınan humanitar yardım dəryada bir damladır, onun çatdırılması üçün təhlükəsiz dəhlizləri təmin etməliyik".

Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.

Qəzza zolağında qurbanların sayı 5 mini keçib, 15 mindən çox yaralı var. İsraildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 1.3 mindən çox insan ölüb. Müxtəlif mənbələrə görə, təxminən 150 israilli HƏMAS-ın əsirliyində ola bilər. Hərəkat özü bildirib ki, Qəzza zolağında təxminən 200-250 məhbus var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar