Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun aparıcı üzvü ilə KTMT üzvünün aktiv hərbi əməkdaşlığı necə baş tutacaq?

Parisdə Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb...

Hərbi-ekspert: “Ermənistanda Rusiyanın hərbi bazası var. Ermənistan ordusunu da Rusiya silahlandırırır. İndi isə Ermənistan ordusunu Fransa silahlandıracaq. Rusiya ilə Fransa da tam əks hərbi bloklarda olan ölkələrdir”.

“Fransa düşünür ki, Ermənistanın əlində Avropa İttifaqının yardımları üzərində maliyyə vəsaitləri var. Bu vəsaitlərə sahiblənmək üçün Ermənistana hərbi texniki dəstək verməyi təklif edir”.

Bu sözləri hərbi-ekspert Elxan Şıxalıyev Fransanın Ermənistanı silahlandırmasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Parisdə Fransa və Ermənistana arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. Fransanın Ermənistana silahların, xüsusən də hava hücumundan müdafiə sistemlərinin verilməsi rəsmiləşib.

NATO-nun aparıcı üzvü ilə KTMT üzvünün aktiv hərbi əməkdaşlığını necə dəyərləndirmək olar? Belə bir əməkdalıq nə qədər effektli ola bilər və Ermənistan üçün hər hansı risk daşıyırmı?

Fransa-Ermənistan hərbi əməkdaşlığını Poliqon-un əməkdaşı hərbi ekspert Elxan Şıxalıyev ilə müzakirə edib.

Elxan Şıxalıyev: “Ermənistan Azərbaycanla müharibə etmək üçün ordu yaratmır. Əslində onlar özlərinin təhlükəsizliyini təmin etmək, ordunun döyüş hazırlığını artırmaq üçün bunu edirlər”.

Ermənistanın Rusiya hərbi bazasını ölkədən çıxarmadan Fransanın hərbi bazasını da əraziyə gətirməsinin altından necə çıxacağını düşünməli olduğunu vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Fransa və Ermənistan yeni ciddi konflikdə gətirə biləcək situasiyanı modelləşdirirlər:

“Reallıq bundan ibarətdir ki, 44 günlük müharibədən sonra Ermənistan Silahlı Qüvvələrinin hərbi-texniki arsenalında çox böyük boşluqlar yarandı. Xüsusən də, Ermənistan Silahlı Qüvvələrin silahlanmasında əsas rol oynayan hərbi zirehli texnikalar, hava hücumundan müdafiə sistemləri, radar sistemləri Azərbaycan Silahlı Qüvvələrinə qənimətdir olaraq devrilməsi edildi. Buna görə də, orduda böyük boşluqlar yarandı və Ermənistan bu boşluqları doldurmağa cəhdlər edir.

Ermənistan ordusunun əvvəlki silahlanmasının əsas təminatçısı Rusiya idi. Rusiya artıq Ermənistana silahlanmanı verməkdən imtina edir. Çünki mümkün münaqişə zamanı Ermənistan bu silahları çox asanlıqla qarşı tərəfə devr edir. Buna görə də, Rusiya hərbi texniki avadanlıqları Ermənistana satmaq istəmir. Ermənistan da alternativlər axtarır. Bu bir az da məcburiyyətdən irəli gəlir. Alternativ də belədir ki, kim silah satacaqsa, Ermənistan da ondan alacaq. Fransa da, Ermənistanı buna məcbur edir.

Fransa düşünür ki, Ermənistanın əlində Avropa İttifaqının yardımları üzərində maliyyə vəsaitləri var. Bu vəsaitlərə sahiblənmək üçün Ermənistana hərbi texniki dəstək verməyi təklif edir. Dünən də Ermənistanın müdafiə naziri ilə Fransanın müdafiə naziri müqavilə imzaladı. İlkin mərhələdə Fransa Hava Hücumundan Müdafiə Sistemi ilə Ermənistanı gücləndirməyə çalışacaq. Xüsusən də, Fransa GM-20 radar sistemlərini və bu radar sistemlərinin dəstəklədiyi MİSTRAL Hava Hücumundan Müdafiə Raket Komplekslərini Ermənistana satacaq. Bunlar müdafiə silahları olduğunu görə Ermənistan öz təhlükəsizliyini təmin etmək üçün ordusunu hava hücumundan müdafiə sistemini döyüş qabiliyyətli hala gətirməyə cəhd edəcək.

Elxan Şıxalıyev: “Ən azı 5 il müddətində silahlanma başa çata bilər, bu zaman ərazində də Azərbaycan Silahlı Qüvvələri yerində saymayacaq”.

Təbii ki, Fransanın əlavə olaraq Ermənistana verəcəyi arteria sistemləri, CAVİLİN tank-raket sistemləri ilə Yerevan zirehli transpartyor sistemlərini gücləndirə bilər. Amma bunun baş tutması qısa müddətdə baş verən proses deyil. Çünki NATO-nun silahından olan silahlar kontekstində heyətlərin hazırlanmasını, sonra onların silahlanmaya tətbiqini tez bir zamanda tətbiq etmək mümkün deyil. Ən azı 5 il müddətində silahlanma başa çata bilər, bu zaman ərazində də Azərbaycan Silahlı Qüvvələri yerində saymayacaq.

Ermənistan Azərbaycanla müharibə etmək üçün ordu yaratmır. Əslində onlar özlərinin təhlükəsizliyini təmin etmək, ordunun döyüş hazırlığını artırmaq üçün bunu edirlər. Ermənistan mümkün olan təhdid və təhlükələrdən özlərini qorumaq istəyir. Digər məsələ isə odur ki, Ermənistanda Rusiyanın hərbi bazası var. Ermənistan ordusunu da Rusiya silahlandırırır. İndi isə Ermənistan ordusunu Fransa silahlandıracaq. Rusiya ilə Fransa da tam əks hərbi bloklarda olan ölkələrdir.

Ermənistan Rusiya hərbi bazasını ölkədən çıxarmadan Fransanın hərbi bazasını da əraziyə gətirməsinin altından necə çıxacağını düşünməlidir. Düşünürəm ki, yeni ciddi konflikdə gətirə biləcək situasiyanı modelləşdirirlər. Amma Ermənistan Fransa üzərindən silahlanaraq Azərbaycana qarşı hansısa problem yarada bilməz. Çünki onlar Azərbaycan ordusunun gücünü bilirlər. Ən əsası görünən odur ki, Ermənistan yaxın tarixdən heç də dərs çıxarmayıb”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar