Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahunun müşaviri: Qəzzaya yanacaq tədarükünə icazə verməyəcəyik

İsrailin Baş nazirinnin müşaviri Mark Regev bildirib ki, İsrail Qəzza zolağına yanacaq tədarükünə icazə verilməyəcək...

Poliqon xəbər verir ki, Regev bu barədə CNN telekanalına bildirib. O, qeyd edib ki, Fələstinin HƏMAS hərəkatının girovları azad etməsi bu qərara belə təsir göstərməyəcək.

“Hazırda biz Həmas döyüş maşını üçün daha çox yanacaq almaqda maraqlı deyilik və onun tədarükünə icazə verməmişik. Dərman və su tədarükünə icazə verdik, həmçinin yeməyə icazə verdik, amma başqa heç nə yoxdu”, deyə Regev CNN-ə bildirib.

İsrail şübhə etmir ki, Qəzzaya yanacaq tədarük edilərsə, bu yanacaq HƏMAS tərəfindən oğurlanacaq və İsrailə raket atmaq üçün istifadə olunacaq. Baş nazirin məsləhətçisinin sözlərinə görə, əvvəllər Qəzza zolağına gətirilən yanacağın böyük hissəsi “oğurlanıb”.

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi xəstəxanalarda yanacaq çatışmazlığının olduğunu dəfələrlə bəyan edib. Xəstəxanaların yanacaq ehtiyatları bir neçə günə tükənəcək.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın hücumuna İsrailin hərbi reaksiyası fonunda Qəzza zolağında humanitar vəziyyət daha da mürəkkəbləşib. Tərəflər müharibə vəziyyətindədir. İsrail anklavı blokadaya alıb və onun şimal hissəsindəki mülki əhalinin cənuba təxliyyə edilməsini tələb edib.

BMT-nin beş agentliyi Qəzzadakı vəziyyəti fəlakətli adlandırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar