Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Ermənistana Hava Hücumundan Müdafiə Sistemi verir... - Rusiyanın HHM sistemləri necə olacaq?

Fransanın Hava Hücumundan Müdafiə Sistemini Rusiyanın sistemləri ilə birləşdirmək, ya da uyğunlaşdırmaq mümkün olacaqmı?..

Hərbi-ekspert: “Ən çətin inteqrasiya olunan sistemlər məhz Hava Hücumundan Müdafiə Sistemləridir”.

“Fransanın Ermənistana ixrac etməyə hazırlaşdığı Hava Hücumundan Müdafiə Sistemlərinin inteqrasiyasından əlavə, bu sistemləri tətbiq edəcək, bu sistemləri real olaraq ərazidə döyüş tapşırıqlarının yerinə yetirilməsini təmin edəcək heyətin də hazırlığı ən azı bir il müddət tələb edir”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Fransa Ermənistana Hava Hücumundan Müdafiə Sistemi vermək qərarını Poliqon-a şərh edərkən qeyd edib.

Fransa Ermənistana Hava Hücumundan Müdafiə Sistemi vermək qərarına gəlib. Hazırda Ermənistanda Rusiyaya məxsus Hava Hücumundan Müdafiə Sistemi fəaliyyətdədir. Həmçinin Ermənistanda Rusiya bazası var və bu baza əslində Ermənistanı həm havadan həm də qurudan qoruyur.

Fransanın Hava Hücumundan Müdafiə Sistemini Rusiyanın sistemləri ilə birləşdirmək, ya da uyğunlaşdırmaq mümkün olacaqmı? Bu durumda KTMT üzvü olan Ermənistanın və Rusiyanın bu ölkədəki ordusunun vəziyyəti necə görünəcək?

Fransa-Ermənistan hərbi əməkdaşının Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Fransanın Ermənistana Hava Hücumundan Müdafiə və digər silah sistemləri verməsi birmənalı olaraq Azərbaycana qarşı düşmən münasibətdir”.

Heç bir halda, Fransanın 30 illik işğal tarixinə malik Ermənistana silah ixrac etməsinin Qafqazda sülhə və sabitliyə xidmət etməyəcəyini vurğulayan eskpert əlavə edib ki, işğalının dəstəklənməsi, işğalçıya silahların ötürülməsi sonunda Ermənistan üçün ağrılı və acılı nəticələrə gətirib çıxaracaq:

“İstənilən silah sistemlərini dəyişmək və ya digərinə inteqrasiya etmək mümkündür. Amma bunun üçün kifayət qədər uzun zaman tələb olunur. Ən çətin inteqrasiya olunan sistemlər məhz Hava Hücumundan Müdafiə Sistemləridir. Onların inteqrasiyası daha uzun müddəti tələb edir.

Fransanın Ermənistana ixrac etməyə hazırlaşdığı Hava Hücumundan Müdafiə Sistemlərinin inteqrasiyasından əlavə, bu sistemləri tətbiq edəcək, bu sistemləri real olaraq ərazidə döyüş tapşırıqlarının yerinə yetirilməsini təmin edəcək heyətin də hazırlığı ən azı bir il müddət tələb edir. Heç bir halda, Fransanın 30 illik işğal tarixinə malik Ermənistana silah ixrac etməsi Qafqazda sülhə və sabitliyə xidmət etməyəcək. İşğalının dəstəklənməsi, işğalçıya silahların ötürülməsi sonunda Ermənistan üçün ağrılı və acılı nəticələrə gətirib çıxaracaq.

Ədalət Verdiyev: “Ermənistanın aldığı kiçik bir mərmi belə birmənalı olaraq Azərbaycana qarşı yönəlib”.

30 illik işğal dövründə Azərbaycan ərazilərini darmadağın edən, Azərbaycan əhalisinin öz doğma yurd-yuvalarından köçürülməsinə nail olan və Azərbaycan ərazilərində insan orqanlarının alverindən, narkotik ticarətinə qədər hər bir pis işlərə imza atan Ermənistan hazırda silah almaq əvəzinə, Azərbaycanla münasibətini normallaşdırmaq üzərində düşünməlidir. Ermənistanın aldığı kiçik bir mərmi belə birmənalı olaraq Azərbaycana qarşı yönəlib.

Fransanın da Ermənistana Hava Hücumundan Müdafiə və digər silah sistemləri verməsi isə birmənalı olaraq Azərbaycana qarşı düşmən münasibətdir. Bunun da ağrılı, acılı nəticələrini Ermənistan mütləq görəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar