Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTB 1945-ci ildə Almaniyadan oğurlanmış rəsm əsərini qaytarıb

1945-ci ildə İkinci Dünya Müharibəsinin sonunda Almaniyadan oğurlanan, 18-ci əsrdə yaşamış Avstriya rəssamı İohan Frans Nepomuk Lautererin “İtalyan mənzərəsi” ölkəyə qaytarılıb....

ABŞ-nin Federal Təhlükəsizlik Bürosu (FTB) Almaniyanın ABŞ-nin Çikaqo ştatındakı konsulluğunda keçirilən mərasimdə Lautererin əsərini Bavariya dövlət rəsm toplusunun (Münhen) nümayəndəsinə təqdim edib.

Mənzərədə Lauterer İtaliyanın ucqar kəndlərini təsvir edib. 1945-ci ildə tablonu özü ilə aparan amerikalı əsgərin nəvəsinin özünün oğurlanmış sənət əsərlərinin qaytarılması üzrə beynəlxalq “Art Recovery International” təşkilatına müraciət etdiyi bildirilir.

2011-ci ildə rəsmi satmağa çalışsalar da, muzey ona dair hüquqlarının olduğunu bəyan edib. Rəsm 2012-ci ildə Almaniyanın itirilmiş incəsənət əsərləri reyestrinə daxil edilib.

“”Art Recovery International”da işimizin məğzini nasistlər tərəfindən oğurlanmış və ictimai və ya şəxsi kolleksiyalarda tapılan sənət əsərlərin tədqiqi və bərpası təşkil edir. Bəzən buna bənzər hallara rast gəlirik ki, müttəfiqlərin əsgərləri əşyaları suvenir və ya müharibə qəniməti kimi evlərinə aparırdılar. Qalib olan tərəfdə olmaq bu işdə haqlı olmaq demək deyil”, - deyə təşkilatın təsisçisi Kristofer Marinello bildirib.

Onun sözlərinə görə, sahibi əvvəlcə rəsmi ona satmağa çalışsa da, sonda onu təmənnasız verib.(oxu.az)

Poliqon.info


Etiket: FTB


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar