Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vətənpərvər” Qarabağ erməniləri Ermənistanı niyə tərk edirlər?

Ermənistanın Baş naziri bildirib ki, Qarabağdan könüllü çıxmış erməni əsilli şəxslərdən 3 mindən çoxu Ermənistanı tərk edib...

Siyasi-şərhçi: “Sıravi ermənilər münaqişədən beziblər və daha sakit həyat üçün Erməmistanı tərk edirlər. Həm də onların arasında hərbi cinayətkarlar da var ki, onlarda regionda qalmağı təhlükəli hesab edirlər”.

“İstənilən halda proses tam şəkildə xeyrimizə gedir. Qarabağtərk edib Ernənistana gedən oradan da hara gedirlərsə getsinlər, nəyimizə lazımdır? Cəhənnəmə qədər yolları var”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Ermənistanın Baş nazirinin Qarabağın erməni əsilli vətəndaşları haqqındakı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağı tərk erməni əsilli şəxslərin 3 mindən çoxu Ermənistanı tərk edib. Xatırladaq ki, bir müddət öncə Paşinyan Qarabağı könüllü tərk edən erməni əsilli şəxslərin Ermənistanda yaşamaları üçün lazımi şərait yaradılacağını bildirmişdi.

Bəs indi Qarabağ ermənilərinin Ermənistanı tərk etmə səbəbi nə ola bilər? Ümumiyyətlə, Qarabağ ermənilərinin kütləvi şəkildə regionu tərk etmələri mümkündürmü?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Erməni Baş nazirin bu açıqlaması bir sual yaratdı. Əgər Azərbaycan “etnik təmizləmə” aparıbsa, o zaman Qarabağ erməniləri niyə Ermənistanı da tərk edirlər?”.

Xankəndini tərk edib gedən ermənilərin bir çoxlarının imkanlarının yüksək olduğu videokadrlarda görünürdüyünü xatırladan ekspert Poliqon-a bildirib ki, onlar xaricdə yaşamaq və Azərbaycan-Ermənistan qarşıdurmasından uzaq olmaq istəyirlər. Çünki sıravi ermənilərin çoxu Ermənistan rəhbərliyinin öz xalqını məhvə sürükləyən siyasətindən cana doyublar:

“Paşinyanın bu fikirləri Azərbaycanın işinə bir növ yaradı. Bilirsiniz ki, beynəlxalq aləmdə hazırda guya Azərbaycan tərəfin 23 saat 51 dəqiqəlik uğurlu antiterror tədbirlərindən sonra Xankəndidə və digər terrorçulardan təmizlədiyi Qarabağ ərazilərində “etnik təmizləmə” apardığı yönündə kampaniya aparılır, əleyhimizə qətnanamələr qəbul olunur. Təbii ki, heç nəyə nail ola bilməyəcəklər. Onlara elə ən yaxşı cavablardan birini də Nikol verdi. Erməni Baş nazirin bu açıqlaması bir sual yaratdı. Əgər Azərbaycan “etnik təmizləmə” aparıbsa, o zaman Qarabağ erməniləri niyə Ermənistanı da tərk edirlər? Demək ki, sıravi ermənilər münaqişədən beziblər və daha sakit həyat üçün Erməmistanı tərk edirlər. Həm də onların arasında hərbi cinayətkarlar da var ki, onlarda regionda qalmağı təhlükəli hesab edirlər

Düşünürəm ki, rəsmi Bakı həm də Paşinyanın bu fikirlərinin üzərindən gedərək beynəlxalq aləmdə öz haqlı mövqelərini qoruyacaq. Doğrudur, Paşinyan 40 min erməni ailəsinə şərait yaradılacağını bildirmişdi. Amma bu hər kəs üçün gülüş doğurmuşdu. Çünki, öz daxilində səfalət içərisində yaşayan erməniləri bu durumdan çıxara bilməyən birisi Qarabağ ermənilərinə necə gün ağlayacaqdı? Görünür, ora köç edən ermənilər yaşayış durumunu görüb, həm də əllərinə Avropada yaşamaq şansı düşdüyünü dəyərləndirərək Ermənistanı tərk edirlər.

Cavanşir Abbaslı: “Onların kütləvi şəkildə regionu tərk edəcəklərini düşünmürəm. Onların bir hissəsinin Qarabağa dönməsini də istisna etrmirəm”.

Bilirsiniz ki, onlara ən çox Fransa başda olmaqla Avropa ölkələri qucaq açacaq. Qarabağ ermənilərin də əllərinə düşən bu fürsəti dəyərləndirmək istəmələri təbiidir. Ona görə də düşünürəm ki, Qarabağ ermənilərinin regiondan ikiqrasiya etmələri davam edəcək. Düşünmürəm ki, onların hamısı regionu tərk edəcək. Amma hesab edirəm ki, onların əsaslı hissəi regionu tərk edəcək.

Həm də Xankəndini tərk edib gedən ermənilərin bir çoxlarının imkanlarının yüksək olduğu videokadrlarda görünürdü. Bunun da təsiri ola bilər. Bir də onlar gördüklərini görüblər, artıq Ermənistana güvənləri qalmayıb. Düşünürlər ki, axşam yatarıq, səhər durarıq ki, qəhrəman Azərbaycan Ordusu İrəvandadır, hələ Zəngəzur, Göyçəni demirəm.

Amma onların kütləvi şəkildə regionu tərk edəcəklərini düşünmürəm. Onların bir hissəsinin Qarabağa dönməsini də istisna etrmirəm. Təbii ki, onlar bunun üçün Azərbaycan vətəndaşlığını qəbul etməli və Azərbaycana qarşı döyüşmədiklərini sübut etməlidirlər. Sadəcə dediyim kimi, imkanı olanlar gedəcəklər, xüsusilə, gənclik kəsimi Ruisya və Avropaya üz tutacaq.

İstənilən halda proses tam şəkildə xeyrimizə gedir. Qarabağtərk edib Ernənistana gedən oradan da hara gedirlərsə getsinlər, nəyimizə lazımdır? Cəhənnəmə qədər yolları var. Bəzi istisnalar olmaqla, bizə lazım olanları gətirib Bakıda DTX-da saxlayırıq, məhkəmədə hər kəsin, dünyanın göz qarşısında mühakimə edirik, hər kəsə yerini göstəririk. Bizə lazım olan da budur. Qayıdıb, yaşamaq istəyənlər olacaqsa, Azərbaycanın bütün şərtlərini qəbul edəcəklər, etməyəcəklərsə, yaşamalarının da mümkünsüz olacağını yaxşı bilirlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Ən çox oxunanalar