Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyalı polkovnik Putinin müharibədəki prioritetlərini açıqlayıb

Avropa İttifaqı və ABŞ vahid olaraq qalır və bu, Rusiya prezidenti Vladimir Putinin xeyrinə işləmir...

Poliqon xəbər verir ki, bunu Böyük Britaniya ordusunun ehtiyatda olan polkovniki və hərbi ekspert Qlen Qrant deyib.

Zabit bildirib ki, Putinin məqsədi Ukraynanı fəth etməkdir, o, hələ də bunu etmək istəyir:

"Putin mümkün olan hər yerdə xaos yaratmaq istəyir. Onun birinci prioriteti NATO üzvü olan ölkələrin diqqətini Ukraynadan yayındırmaqdır. İkinci prioritet isə Aİ və ABŞ-ı ayırmaq istəyidir. O, Aİ ölkələrinin vahid qaldığını başa düşür və bu, onun xeyrinə işləmir".

Onun sözlərinə görə, Rusiya lideri daha çox tərəfdaş və müttəfiqə sahib olmaq istəyir. Bunun üçün o, bir sıra ölkələrin parlamentlərində marionet liderlər yerləşdirmək istəyir.

"Slovakiya, Macarıstan, Latviya, Bolqarıstanda Putin öz marionet liderlərini parlamentlərə yerləşdirmək istəyir. Biz bu vəziyyətə yalnız döyüş meydanında müharibə kimi baxmamalıyıq. Bəli, Putin Ukraynada döyüşməyə davam edəcək, lakin bundan başqa hələ çox şey var", deyə Qrant "Espresso"ya bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar