Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan hakimiyyəti müxalifətdən dəstək istəyib

Gürcüstan prezidenti Salome Zurabişvili respublikanın Avropaya inteqrasiyasına mane olmağa çalışıb...

Poliqon xəbər verir ki, bunu hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının rəhbəri İrakli Kobaxidze deyib.

O, parlamentin dövlət başçısının impiçmenti məsələsi ilə bağlı keçirilən iclasında çıxış edərək ölkə rəhbərinin konstitusiyanı ciddi şəkildə pozduğunu qeyd edib.

“O, birbaşa konstitusiya quruluşuna qarşı çıxdı, üstəlik, ölkədə faktiki konstitusiya quruluşunu dəyişdirməyə çalışdı və Gürcüstan hökumətinin həm daxili, həm də xarici siyasəti həyata keçirmək üçün müstəsna səlahiyyətlərinə birbaşa müdaxilə etdi. Bu, açıq-aşkar pozuntudur. O, impiçmentə layiqdir”, deyə İrakli Kobaxidze qeyd edib.

O əlavə edib ki, Zurabişvili ölkənin fundamental qanunlarını pozmaqda davam edir. İrakli Kobaxidze vurğulayıb ki, vicdanlı olmağa çalışan bütün müxalifət deputatlarını bu vəziyyətdən düzgün nəticə çıxarmağa çağırır:

Prezident konstitusiyaya xəyanət etdi. Bu, heç bir halda cavabsız qala bilməz”.

Qeyd edək ki, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası sentyabrın 1-də Zurabişviliyə qarşı impiçment proseduruna başlandığını elan edib. Partiya bu qərarını prezidentin dövlətin əsas qanununu pozması ilə izah edib. Hakim partiyaya görə, Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa turnesinə çıxması konstitusiya pozuntusudur.

Oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin qanunu pozması işi üzrə qərarını açıqlayıb. Müvafiq qərarı məhkəmənin 9 üzvündən 6-sı dəstəkləyib. Bundan sonra proses parlamentə keçib. Eyni zamanda impiçmentin həyata keçirilməsi üçün təkcə hakimiyyətdə olan partiyanın deyil, həm də müxalifətin səsi tələb olunacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar