Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin Fələstin planı - Bu plan hansı maraqlara dayanır?..

Dmitri Peskov deyib ki, Moskvaya müstəqil Fələstin dövləti lazımdır...

Politoloq: “Əslində həm Türkiyə, həm Rusiya bu gün eyni fikirdən çıxış edir. Burada da, əsas BMT-nin qətnaməsinə uyğun olaraq ədalətli sülhün bərqərar olması üçün ikidövlətli sülhün həyata keçirilməsidir”.

Rusiyanın əsas geosiyasi maraqları ABŞ-ın yenidən Yaxın Şərqdə hegemon güc olmasının qarşısını almaqdan ibarətdir”.

Bu sözləri politoloq Natiq Miri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun Fələstin haqqındakı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Kremlin mətbuat katibi Dmitri Peskov Qəzzada baş verənləri şərh edərkən deyib ki, “indi əsas məsələ “qaynar” müharibəni dayandırmaq, daha sonra isə konseptual olaraq nizamlanma prosesinə yeni səylərlə yanaşmaqdır.

"Bizə müstəqil Fələstin dövləti lazımdır, bizə İsrail və israillilər üçün təhlükəsizlik zəmanəti lazımdır, onlar sülh içində yaşamalı və özlərini təhlükəsiz hiss etməlidirlər”, deyə Peskov bildirib. Eyni zamanda, Peskov qeyd edib ki, Rusiya və Fələstin prezidentləri Vladimir Putin və Mahmud Abbas arasında görüş hazırlanır, lakin hadisələrin dinamik inkişafı səbəbindən görüşün tarixini dəqiqləşdirmək çətindir.

Bəs Rusiyanın Fələstin planı nədir? Moskvanın müstəqil Fələstin dövlətinin olmasını istəməsi nəyə hesablanıb?

Son zamanlar regionda gedən prosesləri Poliqon-un əməkdaşı Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Fələstinin özündə mövcud olan bu korrupsiya elementi, verilən maliyyələrin mənimsənilməsi və müəyyən şəbəkələrin bu yöndə fəaliyyəti, eyni zamanda ABŞ-la bu şəbəkənin iş birliyi maddi qazanc baxımından konkret şəbəkələr imkan vermir Fələstin-İsrail arasında ədalətli sülh bərqərar olsun”.

Əgər həqiqətən də Fələstinlə İsrail arasında müharibə ədalətli sülhlə nəticələnərsə, BMT-nin qətnaməsi yerinə yetirilə və sülh müqaviləsi imzalanarsa, əlbəttə, bunun Rusiyanın geosiyasi maraqlarına xidmət edən bir geosituasiya olacağını vurğulayan politoloq Poliqon-a bildirib ki, artıq regionda Rusiyanın və İranın təsir imkanlarının gücləndiyini demək olar:

Rusiyanın Fələstin planı deyiləcək bir planı yoxdur. Əslində bu, qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi plandır. Bu da BMT-nin 1967-ci ildə qəbul etdiyi qətnaməyə əsaslanır. Yəni, çözüm planı ikidövlətli bir layihədir ki, Şərqi Qüds Fələstin dövlətinin paytaxtı olaraq iki dövlətin yaradılması və qarşılıqlı olaraq bir-birini tanıması ilə bilavasitə əlaqəlidir. Plan budur. Əslində həm Türkiyə, həm Rusiya bu gün eyni fikirdən çıxış edir. Burada da, əsas BMT-nin qətnaməsinə uyğun olaraq ədalətli sülhün bərqərar olması üçün ikidövlətli sülhün həyata keçirilməsidir.

Əks təqdirdə, hər dəfə bu məsələ ABŞ və yaxud da onun müttəfiqləri vasitəsilə Fələstinə müəyyən maliyyə qaynaqları təklif etməklə prosesi dondurub gələcəyə daşıyırlar. Yəni, Fələstinin özündə də mövcud olan bu korrupsiya elementi, verilən maliyyələrin mənimsənilməsi və müəyyən şəbəkələrin bu yöndə fəaliyyəti, eyni zamanda ABŞ-la bu şəbəkənin iş birliyi maddi qazanc baxımından konkret şəbəkələr imkan vermir Fələstin-İsrail arasında ədalətli sülh bərqərar olsun.

Artıq həm Rusiya, həm də Türkiyədə iddia edir ki, mütləq mənada ədalətli sülhün bərqərar olması üçün bu plan həyata keçirilməli və bütün dövlətlər bu planı dəstəkləməlidir. Ayrıca, Türkiyə və Rusiya hətta, bu yöndə Fələstinə qarant olmağı hazır olduqlarını bildiriblər. Təbii ki, bu istiqamətdə bir də İsraili dəstəkləyən dövlətlərdən də İsrailə qarantı olmaları tələb olunur. Bu da onunla bağlıdır ki, sülh danışıqları və sülh müqaviləsi ərəfəsində hər hansı bir terror hadisəsi, basqı, hücum olmasın. Yəni, bunun üçün həmin dövlətlər bu prosesə zəmanət durmalıdırlar.

Natiq Miri: “HƏMAS-İsrail arasında gedən müharibə dəhliz məsələni səngitdi, bəlkə də üstündən birdəfəlik xətt çəkdi”.

Əlbəttə ki, Rusiyanın əsas geosiyasi maraqları ABŞ-ın yenidən Yaxın Şərqdə hegemon güc olmasının qarşısını almaqdan ibarətdir. Bildiyimiz kimi, ABŞ Hindistanda keçirilən Böyük İyirmilərin sammitində bir çox böyük dövlətləri, regional və qlobal qüvvələri yeni kommunikasiya sistemindən kənarda qalmaqla yeni ticarət, əməkdaşlıq dəhlizi yaratmaq haqqında layihə ortaya qoydular. Burada da, həmin dəhlizin keçdiyi dövlətlər arasında bir razılaşma əldə olundu. Dolayısı ilə bu layihənin əsas geosiyasi məqsədlərindən biri də ərəb ölkələri ilə İsrail arasında normal münasibətləri tənzimləyəndən artıq orada sonra bütün prosesi ABŞ-ın nəzarətində saxlamaq istəyi var idi. Ancaq HƏMAS-İsrail arasında gedən müharibə dəhliz məsələni səngitdi, bəlkə də üstündən birdəfəlik xətt çəkdi. Çünki bundan sonra ərəb ölkələrini İsraillə barışdırmaq xeyli zaman alacaq.

Regionda ciddi geosiyasi savaşın getdiyini açıq demək olar. Bu savaş bəhanəsi ilə İsrailin su sərhədlərinə, yəni Aralıq Dənizinə qədər ABŞ iki donanmasını bəhanə edərək gətirməsi ABŞ-ın regionda uzun müddət hərbi cəhətdən varlığı və prosesləri öz nəzarəti altında saxlamaq istəyi ilə bağlıdır.

Natiq Miri: “Həm Fələstin, həm də İsrail ikidövlətli plana razı olarlarsa, bu ədalətli sülh olacaq və bundan sonra yeni müharibəyə ehtiyac da qalmayacaq”.

Buna görə də Rusiyanın burada iki məqsədi var:

1. Bu münaqişənin çözülməsidir. Bu kontekstdə Yaxın Şərqdə birdəfəlik müharibə bitərdi. Çünki həm Fələstin, həm də İsrail ikidövlətli plana razı olarlarsa, bu ədalətli sülh olacaq və bundan sonra yeni müharibəyə ehtiyac da qalmayacaq.

2. Rusiya ABŞ-ın regionda yenidən güclənməməsi hədəfini ortaya qoyub. Əgər həqiqətən də Fələstinlə İsrail arasında müharibə ədalətli sülhlə nəticələnərsə, BMT-nin qətnaməsi yerinə yetirilə və sülh müqaviləsi imzalanarsa, əlbəttə ki, bu Rusiyanın geosiyasi maraqlarına xidmət edən bir geosituasiya olacaq. Çünki artıq regionda Rusiyanın və İranın təsir imkanlarının gücləndiyini demək olar. Bu kontekstdə bir də qardaş Türkiyənin bu prosesə ciddi müdaxilə etməsini və diplomatik fəaliyyət göstərməsini də nəzərə alsaq, artıq burada qüvvələr nisbəti heç də ABŞ-ın xeyrinə olmayacaq. Bunu Rusiya görür. Buna görə də, Rusiya əsas siyasətini bu kontekstdə qurur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar