Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Google Search"də yeni funksiya

Yenilənmiş "Google Search"ə fotoların tərtib edilməsi funksiyası əlavə olunub...

Poliqon Trend-ə istinadən xəbər verir ki, "Google SGE" (Search Generative Experience) özündə süni zəka sistemini birləşdirən yenilənmiş "Google Search"dür.

Daha öncə bu axtarış sistemində axtarış sorğuları əsasında mətn formatında məlumatların tərtibatı aktiv idi. İndi isə bu yenilənmiş axtarış sisteminə mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyası əlavə edilib.

Beləliklə, bundan sonra "Google SGE" istifadəçiləri birbaşa axtarış sistemində fotolar tərtib edə biləcəklər. Qeyd etmək lazımdır ki, "Google SGE" hazırda test rejimində çalışır və ondan "Google Labs"da qeydiyyatdan keçmiş istifadəçi hesabları yararlana bilirlər.

Bu yenilənmiş axtarış sistemi istifadəçilərin sorğularına cavabları ənənəvi veb səhifələr siyahısı şəklində deyil, internetdə mövcud olan məlumatlar əsasında tərtib edilmiş mətnlər şəklində təqdim edir. İndi isə bu sistemə mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyası əlavə edilib. Funksiyadan istifadə etmək üçün istifadəçi sadəcə olaraq axtarış sorğusu sahəsindəki lazımi sorğudan əvvəl "Draw" və ya "Sketch" sözünü yazmalıdır. Bu funksiya çərçivəsində fotolar "Google" şirkətinin Imagen sistemi tərəfindən tərtib edilir. İstifadəçinin bir sorğusu çərçivəsində 4 variantda foto tərtib edilir.

Variantlardan birini seçəndən sonra isə sistem seçilmiş fotonun keyfiyyətini avtomatik şəkildə yaxşılaşdırır. Daha sonra istifadəçi əldə edilmiş fotonu "Google Drive"da saxlaya, yükləyə və ya redaktə edə bilər. Onu da qeyd etmək lazımdır ki, sistem tərtib edilmiş hər bir fotoya həm görünən həm də görünməyən işarələri əlavə edir. Bu, hər hansısa istifadəçinin tərtib edilmiş fotonun məhz süni zəka tərəfindən tərtib edildiyindən məlumatlı olması üçün nəzərdə tutulub. Məlumata əsasən təhlükəsizlik məsələsi səbəbilə sistem məşhur şəxslərin fotolarını, zərərli, 18+ və insanlarda yalnış fikirlər yarada biləcək kontentləri tərtib etməyəcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar