Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qusarda 3 nəfər göbələkdən zəhərlənib, ikisi ölüb - Yenilənib

Qusarın Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində zəhərlənərək ölən ikinci şəxsin də kimliyi bəlli olub...

“Report"un Şimal bürosunun məlumatına görə, kirayə evlərdən birində zəhərlənərək ölən şəxs Zeynalov Sakit Yusif oğludur.

Qeyd edək ki, Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Zeynalov Şamil Yusif oğlu, 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu evdə yedikləri göbələkdən zəhərləniblər. Nəticədə S.Zeynalov ölüb, Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar Qusar rayonuna işləmək üçün gediblərmiş.

Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.

***

Qusarda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.

AQTA-dan verilən məlumata görə, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

Qusar rayonunda 3 nəfər göbələkdən zəhərlənib, onlardan ikisi ölüb.

“Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Burada kirayədə yaşayan Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Zeynalov Şamil Yusif oğlu, 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu və şəxsiyyəti hələ dəqiqləşdirilən şəxs evdə yedikləri göbələkdən zəhərləniblər.

Nəticədə S.Zeynalov və digər bir nəfər ölüb. Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar Qusar rayonuna işləmək üçün gediblərmiş.

Poliqon.info 


Etiket: Zəhərlənmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar