Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəstə eməni məntiqi - Paşinyan anklavların mövcudluğunu sübut edən xəritə tələb edir...

Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyanın bu şəkildə davranışları nədən xəbər verir?..

Politoloq: “Biz zaman-zaman Ermənistanın Baş naziri və onun komandasından alt-üst açıqlamaların şahidi oluruq”.

“Bunlardan sonra Ermənistanın Baş naziri anklav və eksklavlar məsələsinə toxunursa, bu o deməkdir ki, onlar məsələlərə qeyri-ciddi yanaşırlar”.

Bu sözləri politoloq Xəyal Bəşirov Ermənistan Baş nazirinin son müsahibəsini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində anklav və eksklavlar məsələsinə toxunub. Paşinyan bildirib ki: “Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim 8 kənd problemimiz var, çünki Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilərimiz var. Anklavlar mövzusunun müzakirəsi sadə səbəbdən qaçılmazdır, çünki 29 800 kvadrat kilometr əraziyə Artsvaşen də (Başkənd) daxildir. Kim anklavlardan danışırsa, masanın üstünə bu anklavların mövcudluğunun nəyə əsaslandığını göstərən xəritə qoysun. Bu, sadə sual deyil”.

Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyanın bu şəkildə davranışları nədən xəbər verir və adi həqiqəti rədd etməklə Ermənistan nəyə nail ola bilər?

Paşinyanın növbəti mənasız fikirlərini Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Ermənistanın Baş naziri yenə də atdığı addımlarla səsləndirdiyi fikirlər arasında ciddi ziddiyyətin olduğunu nəzərə çatdırır”.

Ermənistanın Baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü Almata bəyannaməsi və BMT nizamnaməsi çərçivəsində tanıdığını dilə gətirdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və onda ölkəmizə qarşı hər hansı ərazi iddiası da olmamalıdır:

“Biz zaman-zaman Ermənistanın Baş naziri və onun komandasından alt-üst açıqlamaların şahidi oluruq. Bir tərəfdən ötən ilin 6 oktyabrda Avropanın siyasi birliyinin Çexiyanın Praqa şəhərində keçirilən ilk zirvə toplantısında Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü Almata bəyannaməsi və BMT nizamnaməsi çərçivəsində tanıdığını dilə gətirdi. Bu da o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hər hansı ərazi iddiası olmamalıdır. Həmçinin Nikol Paşinyan nazirlər kabinetinin iclasında, parlamentdə çıxışında və başqa açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə dilə gətirib.

Bunlardan sonra Ermənistanın Baş naziri anklav və eksklavlar məsələsinə toxunursa, bu o deməkdir ki, onlar məsələlərə qeyri-ciddi yanaşırlar. Ermənistanın baş naziri yenə də atdığı addımlarla səsləndirdiyi fikirlər arasında ciddi ziddiyyətin olduğunu nəzərə çatdırır. Bu gün də Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımamaq üçün belə bir bəhanələr gətirir.

Biz Ermənistandan qarşılıqlı şəkildə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələr tələb edirdik. Azərbaycan Avropa İttifaqının prezidentinin təşəbbüsü ilə keçirilən altı Brüssel görüşündə də daim Ermənistana çağrışlar edib. Hətta, birgə sənəd komissiyası da yaradılmışdı. Azərbaycan Ermənistan deyirdi ki, danışıqlar aparaq və masa üstündə hansı ərazilərin kimə aid olması barədə müzakirələr getsin. Amma hər dəfə Ermənistan bu danışıqlardan qaçdı”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar