Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Qərbin ermənilərin Qarabağa qayıtması məsələsindəki vahid mövqeyi...

Mixail Qaluzin deyib ki, Rusiya, Avropa İttifaqı və ABŞ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində birgə fəaliyyət göstərə bilər...

Politoloq: “Rusiya və Qərb arasında qarşıdurmaya baxmayaraq, onların erməni məsələsində ortaq mövqedən çıxış etmə cəhdlərinin qarşısının almanın tək bir yolu vardır, o da regionda Türk Birliyinin mövcud olmasıdır”.

“Erməni məsələsi hər zaman Türk birliyinin üzərində asılmış Domokl qılıncıdır. ABŞRusiyanın maraqları təbii ki, fərqlidir, amma erməni məsələsi həmişə onların ortaq məsələsi olub”.

Bu sözləri politoloq Azər Qasımov Rusiya xarici işlər nazirinin müavininin AzərbaycanErmənistanla bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində bildirib ki, Rusiya, Avropa İttifaqı və ABŞ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində birgə fəaliyyət göstərə bilər. Qaluzin qeyd edib ki, Qərb Moskvanın vasitəçiliyi ilə əldə edilən nailiyyətləri nəzərə alsa, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində Rusiya, Avropa İttifaqı və ABŞ birgə fəaliyyət göstərə bilər.

Rusiya ilə Qərb arasında olan gərginliyə rəğmən, Qarabağ və erməni məsələsi gündəmə gələndə iki zidd qütb arasında vahid mövqeyin ortaya gəlməsinin səbəbləri nədir?

Rusiyanın Qərblə birlikdə AzərbaycanErmənistan münasibətlərinə müdaxilə etmək niyyətində Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “İndiki məqamda Rusiyanın Qərblə danışıq platforması axtarması düşdüyü durumdur”.

Rusiyanın ən azı erməni məsələsi üzərindən yenə də Qərblə yaxınlaşmaq siyasətini yürütdüyünü düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, erməni zatən hər zaman geosiyasi alət olub, indi də belədir:

Rusiya və Qərb arasında qarşıdurmaya baxmayaraq, onların erməni məsələsində ortaq mövqedən çıxış etmə cəhdlərinin qarşısının almanın tək bir yolu vardır, o da regionda Türk Birliyinin mövcud olmasıdır.

Uzun illər Azərbaycan xalqı əks təbliğatla Türk anlayışından elə uzaq salınmışdı ki, bizlər Türk olduğumuzu belə unutmuşduq. Hətta Türkiyə belə buna məcbur buraxılmışdı. Amma bizdən başqa kimsə bunu unutmamışdı. Hal-hazırda isə yeni dünya düzəni formalaşması prosesində ermənilərin rolu burda daha çox əhəmiyyət kəsb edir. Erməni məsələsi hər zaman Türk Birliyinin üzərində asılmış “Domokl qılıncı”dır. ABŞRusiyanın maraqları təbii ki, fərqlidir, amma erməni məsələsi həmişə onların ortaq məsələsi olub.

Azər Qasımov: “Azərbaycan dövləti oynanılmaq istənilən oyunlardan xəbərdardır və onların oyunlarını özlərinə qarşı çevirmək üçün planı hər zaman mövcuddur”.

İndiki məqamda Rusiyanın Qərblə danışıq platforması axtarması isə düşdüyü durumdur. Rusiya ən azı erməni məsələsi üzərindən yenə də Qərblə yaxınlaşmaq siyasəti yürüdür. Erməni zatən hər zaman alət olub, indi də belədir. Moskva əldə etdiyi nailiyyətləri adı altında özünü konstruktiv göstərməyə çalışır. Rusiyanın da guya AzərbaycanErmənistan arasında hansısa sülh üçün addımlar atdığı vurğulanır.

Hesab edirəm ki, Azərbaycan dövləti oynanılmaq istənilən oyunlardan xəbərdardır və onların oyunlarını özlərinə qarşı çevirmək üçün planı hər zaman mövcuddur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar