Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Küçələrdən toplanan şüşələrə doldurulmuş naməlum içkilər məşhur brend adları altında satılır

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bu haqda açıqlama verib...

“Spirtli içkilər bazarındakı vəziyyətin nə dərəcədə olduğunu Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 4 il öncə ortaya qoydu. Məlum oldu ki, ölkənin əmtəə bazarında, o cümlədən ən prestijli dükanlarda, ən bahalı kafelərdə, restoranlarda ən təhlükəli saxta içkilər satılır. Bu barədə geniş iş aparıldı. Düşünürəm ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi yenə də bu məsələyə dönməlidir. Çünki Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) öz üzərinə o qədər səlahiyyət götürüb ki, bu məsələləri əhatə edə bilmir. Ölkənin əmtəə bazarında təhlükəli spirtli içkilər hazırda da var. Küçələrdən toplanan şüşələrə doldurulmuş naməlum mayelər, təhlükəli içkilər müxtəlif məşhur brend adları altında vətəndaşlara satılır. Bütün bunların nəticəsidir ki, insanlarda xəstəliklər artır, apteklər şəbəkəsi genişlənir, dərman biznesi inkişaf edir... Bu sahədə AQTA-nın apardığı iş qeyri-qənaətbəxşdir, yarıtmaz vəziyyətdədir”.

Bu sözləri Pravda.az-a müsahibəsində Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

Sədr təəssüflə vurğulayıb ki, ölkədə normal spirtli içkilər istehsal edən müəssisələr var, lakin onlar öz bazarlarını qorumaq üçün heç bir iş görmürlər: “Bazarda haqsız rəqabət şəraiti yaranıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bu haqsız rəqabətə qətiyyən əhəmiyyət vermir. Yaxşı içki istehsal edən müəssisələr də öz bazarını qorumaq üçün heç bir addım atmırlar. Bir neçə il öncə Fransanın cənubunda üzümçülük zonasında keçirilən konfransa getdim. Hər ölkədən gedən şəxs özü ilə şərab aparmışdı. Mən də “Gəncə Şərab”ı aparmışdım. Konfransdan qayıdandan sonra mənə rəsmi məktub gəldi ki, “Gəncə Şərab”ın istehsal etdiyi şərab qızıl medala layiq görülüb. Bu, o deməkdir ki, Azərbaycanda yüksək səviyyəli şərab istehsal olunur, lakin bunlar nə üçün susurlar? Niyə bazarları təmizləmək üçün iş aparmırlar? Mənə təəccüblü gəlir. Görünür, “üç muşketyor” qanunu işləyir - birimiz hamımız üçün, hamımız birimiz üçün. AQTA malların keyfiyyətinə nəzarət etmir. Keyfiyyət məsələsi meyit kimi ortalıqda qalıb, heç kim araşdırmır. AQTA malın təhlükəsizliyini təmin edir, yəni sən içdiyin yerdə ölməzsən, lakin keyfiyyətsiz mallar, o cümlədən şərablar Azərbaycan əmtəə bazarında çoxdur. Vətəndaşlar şərab alan zaman istehsal və satışa buraxılma tarixinə, istifadə müddətinə baxsınlar, bütün bunlara əhəmiyyət versinlər. Hansı müəssisə istehsal edib? Üzərində Azərbaycan dilində informasiya varmı? Aksiz markasının Azərbaycan dilində olub-olmadığına diqqət etsinlər. Şübhəli məsələ olanda AQTA-nın 1003 "qaynar xətt"inə, yaxud DİN-ə məlumat vermələrini tövsiyə edirəm. Bilsinlər ki, ən brend, bahalı içki belə saxta ola bilər, insanın həyatına son qoyar. Təəssüf ki, bazar çox zibillənib”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Ən çox oxunanalar