Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan parlamenti Zurabişvilinin impiçmentini hansı halda dəstəkləyə bilər?

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasından olan deputat Mixeil Sarjveladze bildirib ki, Konstitusiya Məhkəməsi (KM) Gürcüstan prezidenti Salom Zurabişvilinin ölkənin əsas qanunlarını pozmaqda təqsirli bilsə, Gürcüstan parlamenti onun impiçmentini dəstəkləyəcək...

Poliqon xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi qərar vermədən prosesin fərqli nəticəsini təsəvvür etmək çətindir.

"Konstitusiya Məhkəməsi nə qədər müxalifətçi və şəxsən prezidentə sadiq olmağınızdan asılı olmayaraq, Konstitusiya pozuntusunun olduğunu təsdiqləsə, impiçmentə səs vermədiyinizi ictimaiyyətə izah etmək çox çətin olacaq. Çünki burda konstitusiyanın pozulması müəyyən edilib və Konstitusiya Məhkəməsinin qərarı əsasdır", deyə Sarjveladze izah edib.

Qeyd edək ki, avqustun 31-də Gürcüstan prezidenti Salome Zurabişvili hökumətin onun səfərlərinə razılıq verməkdən imtina etməsinə baxmayaraq, Avropa ölkələrinə planlaşdırdığı ilk səfərinə başlayıb. Gürcüstan qanunlarına görə, prezident xarici səfərləri yalnız hökumətin təsdiqindən sonra edə bilər. Bundan sonra "Gürcü Arzusu Demokratik Gürcüstan" partiyasının lideri İraklii Kobaxidze Salome Zurabişvilinin hökumət tərəfindən bəyənilməyən Avropa səfərlərinə görə impiçment prosedurunun başlandığını elan edib.

Lakin bir neçə gün sonra "Gürcü Arzusu" fraksiyasının rəhbəri Mamuka Mdinaradze bildirib ki, Gürcüstan parlamenti ölkə prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosedurunu həyata keçirə bilməyəcək, çünki kifayət qədər səs toplamaq mümkün olmayacaq. Onun sözlərinə görə, müxalifət "konstitusiyanı pozan" Zurabişviliyə dəstək olduğunu açıq şəkildə qeyd edib:

"Biz impiçmentin həyata keçirilməsinin mümkün olacağını hesab etmirik. Hesab edirik ki, bu gün 100 səsi səfərbər etmək mümkün deyil. Bu, bizim fərziyyəmiz idi, amma indi sübutlarla təsdiqlənir - hər kəs bunu dəstəkləməyəcəyini deyir. Bir partiyadan başqa praktiki olaraq heç bir siyasi qoşulmayıb. 4 nəfərlik tərkibə malik "Avropa sosialistləri” ilə birlikdə 88 səs toplamaq mümkündür".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar