Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Qarabağa hansı halda qayıda bilər? - Şərh

Ermənistan bir tərəfdən Qaradağdan köçən ermənilər üçün yardım toplayırlar, digər tərəfdən isə ermənilərin yenidən Qarabağa qayıtmasından danışır...

Politoloq: “Ermənilərin Qarabağa qayıtmasında bir az fərqli yanaşmalar var”.

“Digər şəxslər var, hansılar ki, onlar Livandan, Suriyadan, Fransadan və digər ərazilərdən köçüb həmin ərazilərdə yaşayıblar”.

Bu sözləri politoloq Samir Hümbətov Qarabağdan köçən erməniləri barədə Ermənistanın apardığı kampaniyanı Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan bir tərəfdən Qaradağdan köçən ermənilər üçün yardım toplayırlar, digər tərəfdən isə ermənilərin yenidən Qarabağa qayıtmasını və onların hüquqlarının müdafiə olunmasından bəhs edirlər.

Ermənilər Qarabağa hansı halda qayıda bilər və belə bir ehtimal varmı?

Qarabağ ermənilərin taleyini Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Azərbaycan dövlətinin əsas tələbi ondan ibarətdir ki, 1991-ci ilə qədər Azərbaycanın Qarabağ bölgəsində yaşamış ermənilərin həmin ərazilərə qayıtmaq imkanı var”.

Ancaq 1991-ci ilə qədər orada yaşayan ermənilərin oraya qayıtmaq şanslarının, imkanlarının olduğunu vurğulayan politoloq bildirib ki, buna da Azərbaycan dövləti ciddi nəzarət edəcək:

“Ermənilərin Qarabağa qayıtmasında bir az fərqli yanaşmalar var. Çünki Azərbaycan dövlətinin əsas tələbi ondan ibarətdir ki, 1991-ci ilə qədər Azərbaycanın Qarabağ bölgəsində yaşamış ermənilərin həmin ərazilərə qayıtmaq imkanı var. Digər şəxslər var, hansılar ki, onlar Livandan, Suriyadan, Fransadan və digər ərazilərdən köçüb həmin ərazilərdə yaşayıblar.

Hesab edirəm ki, o şəxslərin oraya qayıtması məsələsi mümkün olmayacaq. Hətta, deyərdim ki, Azərbaycan dövləti buna imkan verməyəcək. Çünki onlar Azərbaycan vətəndaşı sayılmırlar və onlar Qarabağda daha çox seperatçılıqla məğlub olublar.

Bu baxımdan düşünürəm ki, istər Ermənistan yardım toplasın, istər oradan köçən bütün erməniləri geri qaytarmaq istəsin, bu mümkün deyil. Ancaq 1991-ci ilə qədər orada yaşayan ermənilərin oraya qayıtmaq şansları, imkanları var. Buna da Azərbaycan dövləti ciddi nəzarət edəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Ən çox oxunanalar