Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail bilərəkdən HƏMAS-ın hücumunun qarşısını almayıb? - Şərh

HƏMAS-ın İsrailə hücumu barədə İsrail və ABŞ kəşfiyyatları xəbərsiz olub...

Hərbi-ekspert: “HƏMAS-ın hücumlarının qarşısını almamaq İsrailin və ABŞ-ın maraqlarına tamamilə cavab vermir”.

“Yəqin ki, İsrail yaxın günlərdə, ola bilsin sabah ya ondan bir gün sonra quru əməliyyatları başlayacaq”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev İsrailin bilərəkdən HƏMAS-ın hücumun qarşısını almaq istəməməsi ehtimalını Poliqon-a şərh edərkən qeyd edib.

HƏMAS-ın İsrailə hücumu barədə İsrail və ABŞ kəşfiyyatları xəbərsiz olub. Bu necə baş verə bilərdi? İsrail bilərəkdən HƏMAS-ın hücumunun qarşısını almaq istəməməsi ehtimalından söz edilir. Bu ehtimala necə yanaşmaq olar? Digər tərəfdən, HƏMAS-ın bu hücumu İsrail ordusunun və kəşfiyyatının imicinə necə təsir edəcək?

İsrail-Fələstin qarşıdurmasındakı iddiaları Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Quru əməliyyatlarından sonra İsrailə qarşı bu təxribatları, bu müharibəni elan edənlər böyük peşmançılıq hissi keçirəcəklər”.

HƏMAS-ın hücumlarının qarşısını İsrailin bilərəkdən almaması ehtimalını qəbul etməyən ekspert əlavə edib ki, istənilən halda, bu müharibə İsrailin qətiyyətli qələbəsi ilə başa çatacaq:

“HƏMAS-ın hücumlarının qarşısını almamaq İsrailin və ABŞ-ın maraqlarına tamamilə cavab vermir. Buna görə də, belə bir ehtimala mən qətiyyən yer vermirəm. İstənilən halda, bu müharibə İsrailin qətiyyətli qələbəsi ilə başa çatacaq.

Sərhəd məntəqəsində xidmət göstərən heyyətin daha diqqətsiz olduğuna və yaxud da bunun hansısa bir səbəbləri olduğuna inanıram. Odur ki, biz tələsmədən hadisələri izləməliyik. Yəqin ki, İsrail yaxın günlərdə, ola bilsin sabah ya ondan bir gün sonra quru əməliyyatları başlayacaq. Quru əməliyyatlarından sonra İsrailə qarşı bu təxribatları, bu müharibəni elan edənlər böyük peşmançılıq hissi keçirəcəklər.

Ondan sonrakı əməliyyatlar başa çatandan sonra yəqin ki, İsrail tərəfindən bu prosesin dərindən araşdırılması və əgər günahkarlar varsa, onların da cəzalandırılması həyata keçiriləcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Ən çox oxunanalar