Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbinə Əliyeva Xocalı soyqırımı ilə əlaqədar İƏT-in Ombudsmanlar Assosiasiyasına müraciət edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Ümumi Yığıncağında iştirak edib, Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb...

Poliqon xəbər verir ki, bu barədə Ombudsmanlar Assosiasiyasından məlumat verilib.

Qeyd edilib ki, tədbirdə çıxışı zamanı Səbinə Əliyeva İƏT OA-nın fəaliyyəti çərçivəsində məlumatlılığın artırılması sahəsində mühüm təşəbbüslər həyata keçirildiyini, Azərbaycanın Ombudsman təsisatının bu səylərin fəal iştirakçısı olduğunu və üzv digər qurumlarla təcrübə mübadiləsinin aparıldığını bildirib.

S.Əliyeva dünyada İslam ölkələrinə, o cümlədən Azərbaycana qarşı haqsızlıqların və beynəlxalq münasibətlərdə ikili standartların davam etdiyini qeyd edib. Ombudsman Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilən müharibə cinayətləri barədə məlumat verib. Həmçinin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını qeyd edib.

S.Əliyeva işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minaların hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam etdiyini, indiyədək 300-dən çox şəxsin mina terrorunun qurbanına çevrildiyini bildirib. Ombudsman 31 il əvvəl törədilmiş Xocalı faciəsi barədə məlumat verərək bildirib ki, bu soyqırımı beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqların kobud şəkildə pozulması ilə nəticələnən etnik təmizləmə siyasətinin sübutudur. S.Əliyeva ədalətin bərpa edilməsi üçün xalqların və beynəlxalq təşkilatların Xocalı soyqırımına beynəlxalq siyasi və hüquqi qiymət verməsinin zəruriliyini vurğulayıb.

Müvəkkil belə bir qətliamın bir daha təkrarlanmaması, cinayətkarların ədalət mühakiməsinə cəlb olunması məqsədilə İƏT OA tərəfindən aidiyyəti beynəlxalq qurumlar qarşısında məsələlərin qaldırılması istiqamətində müraciət edib.

Tədbirdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinə seçkilər keçirilib. Səbinə Əliyeva Assosiasiyanın İdarə Heyətinə yenidən üzv seçilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq    

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Ən çox oxunanalar