Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın imtina etdiyi meqa-sammit uğursuz adlandırıldı

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin üçüncü sammiti heç bir konkretlik olmadan başa çatıb...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri yazıb. Nəşrin müşahidəçilərinin fikrincə, ilkin gözləntilərə baxmayaraq, meqa-sammit uğursuz olub.

“50 Avropa liderinin, onlarla köməkçinin və jurnalist legionunun iştirak etdiyi sammit Avropanın astanasında olan münaqişələrin və ya hər hansı digər regional problemin həllində heç bir əhəmiyyətli irəliləyiş əldə edə bilməyərək, nəticəsiz başa çatıb”, deyə Politco yazır.

Nəşr qeyd edib ki, forum çərçivəsində onlarla ikitərəfli görüşlər baş tutub, lakin bu, Kosovo ətrafında gərginliyin azaldılmasına və ya bu məsələlərdə əsas oyunçuların, xüsusən də Azərbaycan tərəfinin olmaması səbəbindən ErmənistanAzərbaycan münasibətlərində təkan ola bilməyib. Nəşr əlavə edib ki, sonda İspaniya tərəfi əsas mətbuat konfransını lazımsız hesab etdiyi üçün onu tərk edib.

Sammitin nəticələrini şərh edən avropalı diplomatlardan biri nəşrə deyib: “Bu, mini BMT, liderlərin sövdələşmələr edə biləcəyi bazardır. Lakin uğursuz oldu”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qranada sammitində Ermənistan, Almaniya, Fransa və Avropa Birliyi çərçivəsində görüşdən imtina edib. Buna səbəb Fransanın anti-Azərbaycan mövqeyi və Türkiyənin görüşə dəvət edilməsi olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Milli Məclis 2023-cü il büdcəsinin icrasını I oxunuşda qəbul edib - Yenilənib

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin bir nəfər sahibi kimdir

Ən çox oxunanalar