Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülnaz Usubova: “Dünya qadınların doğduqlarıdır”

İnsan ilk dəstəyini ailəsindən aldısa demək, artıq ona uğurun qapısı açıldı...

Bu günlərdə Bakıda yerli brendlərin, geyim və aksesuarların satışı təşkil olunmuşdu.

“Nygyül show room”un ev sahibliyi etdiyi tədbir şou biznes, moda sahələrinin tanınmış nümayəndələrinin iştirakı ilə baş tutmuşdu.

Fürsətdən istifadə edib “Nygyülşhovroom”un və “Nygyül ateylenin” sahibi dizayner, modelyer Gülnaz Usubovayla bir az həmsöhət olduq.

— Niyə “NyGyül” ?
— Nigar və Gülnazın birləşməsidir bu ad. Nigar mənim qızımdır. Bu qızımın xəyalı idi. Demək olar ki, qızımın xəyalı ilə özümün uşaqlıq arzumu birləşdirmişəm. Elə ilk dəfiləmizi də qızımın adıyla hazırlamışdım. Qızım Türkiyyədə təhsil alır. Oradan eskisləri çəkib yollayırdı mənə, mən burada tikirdim. Beləliklə, dəfiləmiz hazır olmuşdu.
Bir sözlə, “NyGyül” Nigarın xəyalı, Gülnazın isə uşaqlıq arzusu deməkdir.

— Bildiyim qədəri ilə bu işə sıfırdan başlamısınız. Qısa zaman kəsiyində də bir çox uğurlara imza atmısınız, dəfilələrdə iştirak etmisiniz. Hətta ölkə xaricində də olmusunuz. Bunları necə bacardınız?
— Bəli, bu sahəyə heç bir təcrübə, heç bir ətrafım olmadan gəldim. Amma müəyyən qədər də olsa dəstəkçilərim var idi. Elə ilk dəstəkçim böyük qardaşım oldu. O hər zaman bir xanımın savadlı, ayaqları üstə dura bilməsi, cəmiyyətə, dövlətə xeyirli olması üçün atdığı bütün addımlarında dəstək olacaq adamdır. İlk onun dəstəyini aldım. Qızımız o səhnəyə çıxacaq, xəyalı gerçəkləşəcək deyə yoldaşım da dəstəyini əsirgəmədi.
Yəni, insan ilk dəstəyini ailəsindən aldısa demək, artıq ona uğurun qapısı açıldı. Təbiətə nəzər salsaq ağaclar da bu cürdü. Kökündən su aldıqca böyüyər, pərvazlanar, ucalar.

— Bildiyim qədəri ilə müəlliməsiniz, qızınız da tam fərqli sahədə təhsil alır. Bəs, bu keçidi necə etdiniz?
— Mənim uşaqlıq həvəsim qızıma keçmişdi. Uşaqlıqdan aynanın qarşısına keçib özüm üçün fərqli kombinlər etməyə çalışırdım, balaca gəlinciklərimə paltarlar tikirdim. Eyni marağı qızımda da sezmişdim. Pandemiya dövründə hamı özünə bir məşğuliyyət tapmışdı. Biz də qızımla qərara gəldik ki, bu tip kurslara yazılaq. Belə də etdik. Zaman keçdikcə bunun məşğuliyyətdən daha artığı olduğunu hiss etdik. Həm əyləncəli, həm maraqlı idi. Bu kurslarda qızımla tələbə yoldaşı olduq, bir müəllimdən dərs aldıq, bir yerdə addımladıq, bir yerdə böyüdük. Və nəhayətində böyüyüb “Nygyülşovroom” ola bildik.

— Neçə zamandır fəaliyyət görsədirsiniz?
— Artıq üç ildir fəaliyyət göstəririk. Bir ildir də ki, bu məkanı açmışıq. Bu üç ildə çox uğurlara imza atmışıq. Bir çox dəfilələrə çıxmışıq, xarici səfərlərimiz olub. Maraqla qarşılanırıq, seçirlər, bəyənirlər, dəvətlər edirlər. Televizya kanalları diqqət göstərir. Bu məni sevindirir. Çünki bilirəm ki, bu bizim zəhmətimizə, istedada olan dəyərdi başqa nəyəsə yox.

— Bir qadın güclü olması, ayaqda durması üçün nələrdən keçməlidir?
— Bilirsiniz, bir qadını ya yaşadıqları güclü edir ya ailəsi ona özgüvənli, azad, güclü yaşamağı öyrədir. Mən ziyalı ailəsində böyümüşəm. İki qardaşın bir bacısı olmuşam. Ailəm mental, milli-mənəvi dəyərlərə daha çox önəm verib. Universitet belə qardaşlarım aparıb, gətirirdi. Hər zaman əl üstə tuturdular, hamıdan hər şeydən qorumağa çalışırdılar.
Təbii ki, bir də həyatın başqa üzü var. Məni daha çox yaşadıqlarım, təcrübələrim güclü etdi. Yəqin elə buna görədir ki, bütün gücümlə çalışıram ki, qızıma o özgüvəni ilk mən verim. O həyatın sınaqlarından çıxıb güclənməsin, o sınaqların qarşısında güclü dayanaraq gücünə bir az da güc qatsın.
Mən arzularını, xəyallarını qırx yaşında gerçəkləşdirməyi bacaran həmən o balaca qızam.

— Deməli insan istəyərsə qırx yaşında belə özünü tapa, arzularını gerçəkləşdirə bilər?
— Bilirsiniz, qadın böyük qüvvədir. Məncə dünyanın cinsiyyəti olsaydı dünya qadın olardı. Dünya qadınların doğduqlarıdır. Buddanın belə bir sözü var: "Qadınlar fitrətdən bilir amma kişilər kitabdan öyrənir". Qadın bir xoş sözdən enerji alıb dünyanı çiyinlərində daşıya bilər. Və nə istədiyini bilən xanım yüz yaşında da olsa o öz istəyini gerçəkləşdirə, arzusunu yaşaya biləcək.
Hərdən anam deyir, qocalmışam. Deyirəm, sənin enerjin bitməyib hələ, tükənməmisən, qalan enerjini sevdiyin güllərə həsr elə, zövq alacağın işləri gör, heçmi arzuların olmayıb. Onları həyata keçirt. İnanın heç vaxt heç nə üçün gec deyil.

— Qayıdaq moda sahəsinə. Bu gün Azərbaycan brendlərinin satışını təşkil etdiniz öz atelyenizdə. Bir çox tanınmış simalar da qatılmışdı. Necə hiss idi?
— Bu mənim məqsədlərimdən, arzularımdan biri idi ki, artıq gerçəkləşdi. Düzdü ilk olduğu üçün bunu xeyriyyə məqsədi ilə etdim. Amma bunla kifayətlənməyəcəm. Bu ayın sonu yenidən bu cür tədbirin təkrarını etməyi düşünürəm.

— Bu sahədə nə qədər inkişaf var?
— Əslində bu sahədə yetərincə istedadlı gənclər var. Mən onların eskislərinə baxıram, heyrət içində qalıram. Maddi cəhətdən imkanları olsa, onlar bunu həyata keçirə bilsələr inanın Azərbaycandan kənarda çox yüksək səhnələrdən səsləri gələr. Ancaq təssüf ki, bəzən maddi problemlər bu cür istedadların qarşısını alır. Mənim öz atelyem , shov roomum olduğu üçün bir çox dizaynerlə çalışıram. Onların dizaynlarını tikirəm, satışın təşkil edirik. Əvvəl yeni idik, burada satış o qədər də yox idi. Amma zaman keçdikcə tanınırıq, yetərincə satışlarımız, sifarişlərimiz də olur. Məni hər zaman bu narahat edirdi. Düşünürdüm moda həftəsi keçirməyə nə var ki... Əsas burada nümayiş olunan geyimlərin satışını təşkil etməkdir. Artıq mən zamanla bunu bacardığımı görürəm. Təbii ki, bu da məni sevindirir.

— Bura həm də atelyedir. Xanımlar yaxınlaşır sifarişlər verir. Daha çox istəklər hansı rəng üzərində formalaşır?
— Çoox təssüf ki, əksəri qara rəng istəyir. Müəyyən qədər bizim xalqın da, xanımların da rənagrəngliyi çatışmır. Baxırsan cavan qızdır, toy paltarı istəyir amma rəngi qara. Deyirəm ay qızım, gül kimi gözəl rənglər var, axı niyə qara? Hamı niyəsə özünü inandırıb ki, qara adamı arıq göstərir. Vallah yalnış düşüncədir. Bir rəng olan hər şey adamı arıq göstərir. Qara gözəl rəngdir, eleqant rəngdir amma toya da yasa da geyinələcək rəng deyil, axı.
Mən özüm may doğumluyam. Bilmirəm ondan irəli gəlir ya yox amma mən rənarəngliyi çox sevirəm. Bu xalqı da, bu insanları da daim gülər, daim rəngarəng, al əlvan görmək istəyərəm.

— Bu yaxınlarda Özbəkistanda səfərdə idiniz.
-Bəli, mənim kolleksiyamı bəyənmişdilər və məni ora dəvət etdilər. Bu mənim üçün maraqlı idi. Yeni, iş yoldaşlıqları, eyni ruhda olan insanları tanımaq, onların işləri ilə tanış olmaq çox maraqlıydı. Onun üçün sezon fashionda iştirak etdik. Bir çox dizaynerlərlə tanış oldum.

— Bildiyim qədərilə bizdə artıq 15-ci sezona hazırlaşırlar.
—Bəli, bizdə noyabrın axırında 15-ci yubley sezonu olacaq. Mədəniyyət Nazirliyi artıq orada bizə dəstəkdi. Dövlət bu işdə xüsusən öz dəstəyini verir. Bizdən orada kreativ moda istəyirlər. Mən isə fərqli nələrsə düşünürəm. Bu dəfə səhnədə rənglərin, aterbutların dili ilə danışacağam.

Çinarə Ömray

Poliqon.info


Etiket: Gülnaz Usubova


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”    

Ən çox oxunanalar