Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX: Gürcüstanda gəncləri hökuməti devirməyə hazırlaşırlar

Üç Serbiya vətəndaşı Gürcüstanda gürcü gənclərinə ölkədə mitinqlər keçirmək və zorakılıq yolu ilə hakimiyyəti devirmək üçün təlim keçiblər...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Kəşfiyyat xidmətinin məlumatına görə, serblər səfərin məqsədinin “mədəni sahədə çalışan qruplar üçün təlim keçirmək” olduğunu bildiriblər.

“Amma araşdırma göstərdi ki, səfərin əsl məqsədi oktyabr-dekabr aylarında Gürcüstanda planlaşdırılan destruktiv və qanunsuz aksiyaların özəyinə çevrilməli olan gənclərə təlim keçmək olub. Həmin gənclər nüfuzlu QHT-lərlə əlaqə yaratmaqda öyrədilib”, deyə məlumatda qeyd olunur.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti dəqiqləşdirib ki, Sinisa Sikvan, Jelena Stoyşiç və Slobodan Cinoviç Beynəlxalq İnkişaf Agentliyinin Gürcüstandakı proqramının dəvəti ilə sentyabrın 25-də Gürcüstana gəliblər. Təlimlər 26-29 sentyabr tarixlərində baş tutub və USAID tərəfindən maliyyələşdirilib. Bu təlimlərdə “hakimiyyətin zorakı yolla devrilməsinin hazırlanmasında və həyata keçirilməsində həlledici rol oynamalı olan” gənclər iştirak edirdilər.

Gürcüstan DTXhəmçinin Serbiya vətəndaşlarının mitinq keçirməklə bağlı şəxsi təcrübələri barədə danışdıqları və gürcü gənclərinə müəyyən jest və hərəkətləri öyrətdikləri təlimlərin video fraqmentlərini dərc edib.

Dindirilmə zamanı Serbiya vətəndaşları “səfərlərinin əsl məqsədini gizlətməyə çalışıblar” və sentyabrın 30-da Gürcüstandan Bolqarıstana uçublar.

Bundan əvvəl hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının rəhbəri İrakli Kobaxidze ölkə sakinlərindən istənilən informasiyaya ehtiyatla yanaşmağı və Gürcüstanda Ukrayna ssenarisinin təkrarlanmasının qarşısını almağı xahiş edib. Siyasətçinin sözlərinə görə, oktyabr, noyabr və dekabr ayları, eləcə də gələn il seçkilər diqqət tələb edən xüsusilə təhlükəli dövr olacaq.

Poliqon.İnfo




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar